Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə ŞAD XƏBƏR:Bu tarixədək PULSUZ OLDU

Əhaliyə ŞAD XƏBƏR:Bu tarixədək PULSUZ OLDU

CƏMİYYƏT

221

06.11.2026, 21:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2006-cı il iyulun 6-dək verilmiş əmlak sənədləri əsasında daşınmaz əmlaka çıxarış və texniki pasport dövlət rüsumu tutulmadan təqdim ediləcək.

Oxu24.com  xəbər verir ki, bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsinə, eləcə də daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan-ölçü) təqdim edilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Bundan başqa, hüquq sahibinin iradəsindən asılı olmayan səbəblərdən daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, prospekt, küçə, meydan və digər ərazi vahidlərinin tərkib hissələrinə ad verildikdə və ya onların adları dəyişdirildikdə, habelə qeydiyyat orqanı tərəfindən yol verilmiş texniki səhvlər aradan qaldırıldıqda da çıxarışın və texniki sənədlərin verilməsi dövlət rüsumundan azad ediləcək.

İndiyədək qüvvədə olan qanunvericiliyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından əvvəl verilmiş hüquqmüəyyənedici sənədlər əsasında çıxarışın və texniki sənədlərin təqdim edilməsi, eləcə də hüquq sahibinin iradəsindən asılı olmayan səbəblərdən ünvan dəyişikliyi və qeydiyyat orqanının texniki səhvlərinin aradan qaldırılması ilə bağlı hallarda dövlət rüsumu tutulmurdu.