Qaynar xətt:

(+99450) 247 90 86

Prezident tərəfindən təltif olunan Aida Eyvazlı:Mənə böyük şərəfdir

Prezident tərəfindən təltif olunan Aida Eyvazlı:Mənə böyük şərəfdir

CƏMİYYƏT

38

05.11.2026, 17:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev bir neçə media nümayəndəsini təltif edib.

Oxu24.com bildirir ki,3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunanlar sırasında jurnalist Aida Eyvazlı   da  var.

Təltif olunan jurnalist fikirlərini Oxu24.com-la bölüşüb.

Aida Eyvazlı belə bir mühüm gündə Prezident tərəfindən təltif olunmasının əhəmiyyətindən danışıb.

" Mən cənab Prezidentin imzası ilə mənzillə də təmin olunmuşam.Hər gün həmin evdən çıxıb işə gedəndə gördüyüm gözəl mənzərəyə görə özlüyümdə cənab Prezidentə təşəkkür edirəm.

Bu gün mənim üçün özəl tarixdir.Türk Dünyasından çox ordenlər,təbriklər almışam.Televiziyanın 100 illiyində,bu "Xan payız"da(Red-jurnalist Vətən Müharibəsindəki qələbədən sonra payızı belə adlandırır) Xaqanımız İlham Əliyevin imzası ilə orden almaq mənə böyük şərəfdir.Buna görə cənab Prezidentə və çalışdığım AzTV-yə təşəkkür edirəm.Bu il çox işlər gördük.Mənim yazdığım və tərcümə etdiyim 4 kitab Almaniyanın məşhur "Martin" kitabxanasına daxil edildi.Bu da mənim üçün böyük bir nəticədir.Hazırda sevincimi ifadə edə bilmirəm...",-deyə Aida Eyvazlı bildirib.

Nigar