Bu halda ƏDV-nin 30 faizini geri ala bilərsiniz – AÇIQLAMA
03 Noyabr 2026, 21:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
57
03.11.2026, 20:39
Oxu24.com günlük bürcləri təqdim edir:
Qoç
İşdə həmkarlarınızın kömək etməyə hazırlığını olduğundan artıq qiymətləndirməyin və yeni işgüzar tərəfdaşlara etibar etməyə tələsməyin. Əvəzində intuisiyanıza qulaq assanız, maliyyə məsələlərinin öhdəsindən əla gələcəksiniz.
Günün ikinci yarısında sevdiyiniz insanı anlamaq və onu sevindirmək sizin üçün asan olacaq. Mühüm söhbət yaxşı keçəcək, ciddi fikir ayrılıqlarından qaçmaq mümkün olacaq.
Buğa
Ünsiyyət səbir tələb edəcək: ətrafınızdakı insanların nə istədiyi həmişə aydın olmayacaq, kimsə isə sizi manipulyasiya etməyə çalışacaq. Rəqiblərlə mübarizəyə girişməyin, hazırda bunun üçün ən münasib vaxt deyil. Əvəzində işdə tədqiqat və təhlillə bağlı tapşırıqların öhdəsindən yaxşı gələcəksiniz.
Romantik münasibətlərdə çətinliklər istisna deyil. Sevdiyiniz insanın iradları sizə həmişəkindən daha çox təsir edə bilər. Mühitin dəyişməsi gündəlik qayğılardan uzaqlaşmağa və bir-birinizə diqqət ayırmağa imkan verəcək.
Əkizlər
Yaradıcı ideyalarınız dəstək qazanacaq, müttəfiqlərinizi maraqlandırmaq asan olacaq. Gün nüfuzlu insanlarla görüşlər və dövlət qurumlarına müraciət etmək üçün əlverişlidir. Lakin maliyyə məsələlərinin həllində ehtiyatlı olmaq lazımdır. Tələskənlik xoşagəlməz itkilərə səbəb ola bilər.
Axşam sevdiyiniz insanla birlikdə hər ikinizin xoşuna gələn bir işlə məşğul olmaq sizə zövq verəcək. Gəzintiyə çıxa və ya qısa romantik səfərə yollana bilərsiniz.
Xərçəng
Yığılıb qalmış işləri sakit şəkildə başa çatdıra biləcəksiniz. Həmkarlarınız əvvəlcə hərəkətlərinizi anlamayacaqlar, lakin tezliklə əldə etdiyiniz nəticələr şübhə ilə yanaşanları inandıracaq. Yeni böyük layihə üzərində işləyərkən, çox güman ki, köhnə müttəfiqləriniz sizə kömək edəcəklər.
Ailə tədbirləri, çox güman ki, yaxşı keçəcək. Bəzi Xərçənglər köhnə əlaqələri bərpa edə biləcəklər və buna çox sevinəcəklər.
Şir
İşgüzar sahədə müsbət dəyişikliklər nəzərə çarpır. Təqdimatlar və çıxışlar uğurlu keçəcək. Təşəbbüs göstərərək və özünüz haqqında məlumat verərək yeni müttəfiqlər tapmaq şansı qazanacaqsınız.
Sevdiyiniz insanla keçirəcəyiniz axşam sakit və xoş ünsiyyətlə sizi sevindirəcək.
Qız
Bu gün eyni vaxtda hər işlə məşğul olmalı olacaqsınız, həm işlərə, həm də ətrafınızdakılara asanlıqla qıcıqlanacaqsınız. Hamıya nəyisə yenidən öyrətmək cəhdiniz çətin ki, müsbət qarşılıq tapsın. Şəxsən sizin üçün vacib olan mürəkkəb tapşırığa diqqətinizi yönəltsəniz, uğur qazana bilərsiniz. Bu, əhvalınızı nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq.
Günün ikinci yarısında sevdiyiniz insana qarşı anlayışlı və güzəştə meyilli olun. Maraqlı bir şey hazırlasanız və problemləri müzakirə etməkdən imtina etsəniz, romantik görüş pis keçməyəcək.
Tərəzi
Bu gün qətiyyətli addımlar atmaqdansa, planlar qurmaq daha yaxşıdır. Adət etdiyiniz işlər sizi bezdirdiyi üçün perspektivi olmayan layihəyə asanlıqla aludə ola bilərsiniz. Təcrübəli həmkarların və yaşca böyük qohumların məsləhətləri öz təcrübənizin kifayət etmədiyi hallarda köməyinizə çatacaq.
Sevdiyiniz insan diqqət çatışmazlığına görə inciyə bilər. Baş verənləri sakit şəkildə izah etməklə mübahisədən qaça biləcəksiniz.
Əqrəb
Böyük dəyişikliklər gözlənilmir. Adət etdiyiniz işlərlə məşğul olun və ya çoxdankı tapşırıqlara qayıdın: çox güman ki, etibarlı müttəfiqləriniz sizə kömək edəcəklər.
Səfərlərdə gecikmələr mümkündür, buna görə də əvvəlcədən alternativ marşrut düşünməyə dəyər.
Oxatan
Bu gün hətta kiçik xoşagəlməz hadisə də sizə ciddi problem kimi görünə bilər. İşdə gərgin söhbətlər gözlənilir, rəhbərliklə mübahisə də mümkündür. Haqlı olduğunuzu sübut edə biləcəksiniz, lakin əhvalınız korlana bilər.
Başladığınız işləri tamamlamadan yeni böyük işə girişməyin. Qaçaqaçdan uzaq durun, axşama doğru isə iş yükünüzü azaldın ki, rahat şəkildə istirahət edə biləsiniz.
Oğlaq
İşdə uğurlar mümkündür. Sadəcə, böyük qazanc vədlərinə görə layihələrə razılıq verməyin: vəziyyəti real qiymətləndirmək sizi mənasız xərclərdən qoruyacaq.
Sevgi münasibətlərində müsbət tendensiyaların təsiri güclü olacaq. Ruhən sizə yaxın olan insanla gözlənilməz tanışlıq mümkündür. Cütlüklər isə səmimi söhbət etmək və bir-birlərinə daha da yaxın olduqlarını hiss etmək imkanı qazanacaqlar.
Dolça
Mühüm işlərlə səhər məşğul olun, inadla və müstəqil hərəkət edin. Tanışlarınız əvvəlcə məşğul olacaqlar, lakin sonradan sizə qoşulacaqlar və birlikdə uğur qazanacaqsınız. Günün ortasında yeni tapşırıqlar diqqət tələb edəcək; təcili olmayanları təxirə sala bilərsiniz.
Axşam istirahətə və emosional yüklənmədən uzaq olmağa ehtiyacınız olacaq. Planlaşdırılmış romantik görüşə getmək istəmirsinizsə, ondan imtina etmək daha yaxşıdır. Münasibətlərdə müvəqqəti soyuqluq tezliklə keçəcək.
Balıqlar
Səhər ciddi öhdəlikləri, xüsusilə də başqalarının sizə qəbul etdirməyə çalışdığı öhdəlikləri üzərinizə götürməyin. Baş verənləri müstəqil şəkildə düşünün. Günün ortasında işlər və danışıqlar yaxşı keçəcək, həmkarlarınız və rəhbərlik ideyalarınızı dəstəkləyəcəklər.
Sevgi baxımından gün əlverişlidir. Vaxtınızı xoş keçirəcəyiniz və kiminləsə tanış olacağınız tədbirə dəvət almağınız istisna deyil. Maraqlı görüşlər kifayət qədər olacaq.Bizimyol.info
21:34 / 03 Noyabr 2026
31
21:27 / 03 Noyabr 2026
43
21:24 / 03 Noyabr 2026
59
21:18 / 03 Noyabr 2026
42
21:10 / 03 Noyabr 2026
349
21:08 / 03 Noyabr 2026
82
21:04 / 03 Noyabr 2026
63
21:02 / 03 Noyabr 2026
53
20:51 / 03 Noyabr 2026
106
20:49 / 03 Noyabr 2026
60
20:42 / 03 Noyabr 2026
64
20:31 / 03 Noyabr 2026
88
20:28 / 03 Noyabr 2026
3227
20:27 / 03 Noyabr 2026
158
20:20 / 03 Noyabr 2026
152
20:19 / 03 Noyabr 2026
96
20:09 / 03 Noyabr 2026
86
20:00 / 03 Noyabr 2026
98
19:49 / 03 Noyabr 2026
614
19:39 / 03 Noyabr 2026
112
19:39 / 03 Noyabr 2026
111
19:32 / 03 Noyabr 2026
681
19:29 / 03 Noyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.