Natiq Nağıyev tutduğu vəzifədən azad edilib
03 Noyabr 2026, 20:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
81
03.11.2026, 19:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edib.
Oxu24.com xəbər verir ki, mediatur iştirakçılarına işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.
Qeyd edilib ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 12621 şəxsin məşğulluğu təmin olunub. Onlardan 1224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Doğma yurdlarına qayıtmış vətəndaşlardan 642 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 1538 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Media nümayəndələri Xocalı rayonunun Ballıca kənd sakinləri Eyvaz Əliyev və Aysel Əliyevanın, Badara kənd sakini Əsmət Miriyevayanın təsərrüfatlarında olublar.
Özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə E.Əliyev üçün arıçılıq, A.Əliyeva üçün isə qoyunçuluq təsərrüfatı yaradılıb. Ə.Miriyevaya isə cins damazlıq heyvanlar verilib və onun üçün maldarlıq təsərrüfatı qurulub.
Artıq Xocalı rayonu üzrə özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin sayı 300-ə çatıb.
Proqram iştirakçıları doğma yurdlarında fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.axar.az
20:31 / 03 Noyabr 2026
1
20:27 / 03 Noyabr 2026
80
20:20 / 03 Noyabr 2026
68
20:19 / 03 Noyabr 2026
49
20:09 / 03 Noyabr 2026
53
20:00 / 03 Noyabr 2026
60
19:49 / 03 Noyabr 2026
383
19:39 / 03 Noyabr 2026
78
19:39 / 03 Noyabr 2026
86
19:32 / 03 Noyabr 2026
519
19:29 / 03 Noyabr 2026
77
19:25 / 03 Noyabr 2026
169
19:18 / 03 Noyabr 2026
117
19:12 / 03 Noyabr 2026
1028
18:59 / 03 Noyabr 2026
141
18:53 / 03 Noyabr 2026
553
18:49 / 03 Noyabr 2026
155
18:40 / 03 Noyabr 2026
115
18:33 / 03 Noyabr 2026
135
17:53 / 03 Noyabr 2026
775
17:51 / 03 Noyabr 2026
128
17:35 / 03 Noyabr 2026
142
17:10 / 03 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.