Qaynar xətt:

(+99450) 247 90 86

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

CƏMİYYƏT

140

03.11.2026, 14:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.

Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.