Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
30 Oktyabr 2026, 16:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
153
30.10.2026, 16:20
Məktəb qarşısında jurnalistlərə hücum: Yeniyetmələrin davranışına kim cavabdehdir? — AÇIQLAMA
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin qarşısında baş verən hadisə və həmin zaman çəkiliş aparan jurnalistlərə qarşı fiziki hücum edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. VII sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə nəticələnən bu faciəvi hadisədən sonra ərazidə olan medianın nümayəndələrinə qarşı törədilən təcavüz ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Baş verən bu cür xoşagəlməz hallar yeniyetmələr arasında aqressiv davranışların artmasını, ailə nəzarətinin rolunu və təhsil müəssisələrinin məsuliyyətini yenidən diqqət mərkəzinə gətirib. Məsələ ilə bağlı ictimaiyyəti düşündürən suallar həm valideyn məsuliyyətini, həm də məktəb-cəmiyyət münasibətlərini geniş şəkildə təhlil etməyi zəruri edir. Jurnalistlərin peşə fəaliyyətinə mane olunması, həmçinin yeniyetmələrdə müşahidə olunan qəzəb və zorakılıq meyilləri müxtəlif aspektlərdən araşdırılmalıdır. Bu kimi halların gələcəkdə təkrarlanmaması üçün həm maarifləndirmə tədbirləri gücləndirilməli, həm də qanunvericiliyin tələblərinə sərt şəkildə əməl olunmalıdır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, baş verən hadisədə həm məktəb kollektivinin, məktəb rəhbərliyinin, həm də jurnalistlərin məsuliyyəti bərabər şəkildə bölünməlidir:
"Burada konfidensiallıq prinsipi pozulduğuna görə şagirdlərin aqressiyası qəbul edilən deyil. Amma hər halda ola bilər ki, onlar sinif yoldaşıdır və yaxud şagirdlər o faktdan təsirlənərək müəyyən aqressiyaya, depressiyaya alınıblar”.
Onun sözlərinə görə, faktı müxtəlif formalarda izah etmək mümkündür:
“Düşünürəm ki, jurnalistlərin bu halda fiziki təzyiqə məruz qalması, şiddətə məruz qalması qəbuledilməzdir və qanun pozuntusudur. İştirakçılar da müvafiq həm izahat aparılmalı, həm də şiddət həddini aşdığı üçün çox kəskin zorakılıq həddində olduğu üçün bir cinayət məsuliyyəti daşıyacaq".
Sosioloq qeyd edib ki, digər tərəfdən burada cinayət məsuliyyəti olmaqla yanaşı, pedaqoji tərbiyənin natamamlığı da ortaya çıxır:
“Əgər belə bir fakt varsa, həm valideynlərin təsiri məhdud bir səviyyədədir — valideynlər o aqressiyanı müəyyən mərtəbədə tənzimləməyi bacarmalıdırlar. Digər tərəfdən də pedaqoji, psixoloji tərbiyənin məhdudluğu və natamamlığı aşkara çıxır ki, müəllimlərin qarşısında jurnalistin kimliyi haqqında məlumat olaraq, yəni bu şəxsin öz peşə və fəaliyyətini yerinə yetirdiyi bir şəraitə ona qarşı belə bir şiddət götürüb göstərmək yaxud onun şiddətin qarşısını almağa çalışanın özünü daha böyük zorakılığa məruz qoymaq özü bir bağışlanmaz bir faktdır".
Naib Niftəliyev vurğulayıb ki, hadisə gənclərin və ya yeniyetmələrin aqressiv davranışları ilə bağlı səbəb axtarışından daha dərindir:
“Yeniyetmələr arasında aqressiv davranışların yayılmasının əsas səbəblərindən biri zorakılığın müəyyən hallarda cəmiyyət tərəfindən adi qarşılanması və hətta rəğbətləndirilməsidir. Bu yanaşma zaman keçdikcə aqressiyanın sosial davranış norması kimi qəbul edilməsinə şərait yaradır.
Jurnalistlərə qarşı formalaşan mənfi münasibətin səbəblərindən biri də bəzi şəxslərin media nümayəndəsi adı altında qeyri-peşəkar fəaliyyət göstərməsi, ayrı-ayrı təhsil müəssisələrində təzyiq və şantaj hallarına yol verməsidir”.
Bu cür halların peşəkar jurnalistlərin fəaliyyətinə də mənfi təsir göstərdiyini vurğulayan sosioloq qeyd edib ki, bəzi şəxslərin qanunsuz davranışları nəticəsində cəmiyyətdə jurnalist peşəsi haqqında yanlış təsəvvür formalaşa bilər.
Sosioloq sonda bildirib ki, məktəb nəzarəti deyil, özünüidarə və sosial məsuliyyət institutları aşılanmalıdır:
“Şagirdlər şəxsiyyət olaraq yetişdirilirsə, şəxsiyyət başqalarına hörmət etmək, özünə hörmət etmək, başqalarının şəxsiyyət kimi qiymətləndirmək faktoru zorakılıqdan, aqressiyadan önə keçirsə və tənzimləyici faktor kimi öndə dayanarsa, belə hadisələrin baş vermə ehtimalı dəfələrlə azalır".
Çimnaz Telmanqızı
17:20 / 30 Oktyabr 2026
30
17:19 / 30 Oktyabr 2026
29
17:15 / 30 Oktyabr 2026
38
16:53 / 30 Oktyabr 2026
125
16:33 / 30 Oktyabr 2026
84
16:20 / 30 Oktyabr 2026
554
16:06 / 30 Oktyabr 2026
88
15:52 / 30 Oktyabr 2026
161
15:50 / 30 Oktyabr 2026
117
15:41 / 30 Oktyabr 2026
249
15:37 / 30 Oktyabr 2026
84
15:35 / 30 Oktyabr 2026
105
15:21 / 30 Oktyabr 2026
281
15:10 / 30 Oktyabr 2026
91
15:06 / 30 Oktyabr 2026
71
14:59 / 30 Oktyabr 2026
419
14:38 / 30 Oktyabr 2026
109
14:36 / 30 Oktyabr 2026
173
14:35 / 30 Oktyabr 2026
83
14:29 / 30 Oktyabr 2026
592
14:22 / 30 Oktyabr 2026
614
14:18 / 30 Oktyabr 2026
157
14:16 / 30 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.