YAP-da mühüm vəzifəyə SEÇİLDİLƏR -ADLAR
30 Oktyabr 2026, 16:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
120
30.10.2026, 15:41
Müasir təhsil sistemində şagirdlərin bilik, bacarıq və nailiyyətlərinin dəqiq, obyektiv və ədalətli qiymətləndirilməsi təlim-tərbiyə prosesinin keyfiyyətini müəyyən edən ən mühüm amillərdən biridir. Məktəblərdə şagirdlərin bilik səviyyəsinin müəyyənləşdirilməsi təkcə dövri olaraq keçirilən imtahan və yoxlama işlərinin nəticələri ilə məhdudlaşdırılmamalı, uşağın fərdi inkişaf dinamikası komplekt şəkildə nəzərə alınmalıdır.
Qiymətləndirmə prosesində şagirdin dərsə gündəlik hazırlığı, mövzuları mənimsəmə səviyyəsi, tədris zamanı göstərdiyi fəallıq, müəllimin suallarına verdiyi cavablar və sinifdəki müzakirələrdə iştirak dərəcəsi mühüm rol oynayır. Bununla yanaşı, ev tapşırıqlarının məsuliyyətlə və vaxtında yerinə yetirilməsi, habelə şagirdin fərdi yaradıcılıq və təhlil bacarıqları da əsas qiymətləndirmə meyarları sırasına daxil edilməlidir. Bu göstəricilərin hər birinin vahid sistem daxilində birlikdə təhlil olunması şagirdin real bilik və inkişaf səviyyəsinin daha obyekiv əks olunmasına zəmin yaradır.
Mövcud təhsil qanunvericiliyi və qiymətləndirmə qaydaları çərçivəsində şagirdin gündəlik fəaliyyəti ilə imtahan nəticələri arasında optimal balansın qorunması, eləcə də müəllimin subyektiv yanaşmasının yekun qiymətə mənfi təsirinin qarşısının alınması üçün effektiv idarəetmə və nəzarət mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Elçin Murad xatırladıb ki, əvvəlki ənənəvi dərs sistemində qiymətləndirmə şagirdin il ərzindəki gündəlik dərs fəaliyyəti, davamiyyəti, dərsdəki iştirakı və fəallığı ilə birbaşa bağlı olub:
"Əvvəlki dərslərdə, ənənəvi dərs sistemində qiymətləndirmə il ərzində şagirdin dərs fəaliyyəti, davamiyyəti, dərsdəki iştirakı, suallara cavab verməyi, ev tapşırıqlarını işləyib dərsi mənimsəməyi ilə bağlı, ümumiyyətlə, müəllimin subyektiv düşüncəsinə əsaslanan qiymətlər şəklində verilirdi. Şagirdin bilik və dərsə hazırlıq səviyyəsinə, cavablarına baxılırdı və yekun qiymət verilirdi. Bu yekun qiymət də sonda gəlib illik, birinci və ya ikinci rüb qiymətlərində hesablanır, ortalama yekun bal yazılırdı”.
Müasir qiymətləndirmə sistemindəki boşluqlara toxunan ekspert vurğulayıb ki, hazırda tətbiq olunan kiçik və böyük summativ qiymətləndirmələr (KSQ və BSQ) şagirdin gündəlik zəhmətini tam əks etdirmir:
"Amma indi KSQ və BSQ imtahanları keçirilir, qiymətlər yalnız onların əsasında müəyyənləşdirilir və şagirdin gündəlik fəallığına və ya qeyri-fəallığına fikir verilmir. KSQ və BSQ-lərdə də bəzi hallarda, bəzi zamanlarda şəffaflığın olmadığı görünür. Şagird hansısa yolla KSQ suallarını cavablandırıb müəllimə təhvil verir və müəllim bunun əsasında qiymət yazır. Lakin bu cür olmamalıdır. Köhnə sistemdə olduğu kimi, qiymətlər şagirdin fəallığına uyğun şəkildə müəllim tərəfindən verilməli və yekun qiymət hesablanmalıdır”.
Çimnaz Telmanqızı
16:33 / 30 Oktyabr 2026
1
16:20 / 30 Oktyabr 2026
156
16:20 / 30 Oktyabr 2026
41
16:06 / 30 Oktyabr 2026
61
15:52 / 30 Oktyabr 2026
85
15:50 / 30 Oktyabr 2026
87
15:37 / 30 Oktyabr 2026
68
15:35 / 30 Oktyabr 2026
82
15:21 / 30 Oktyabr 2026
218
15:10 / 30 Oktyabr 2026
80
15:06 / 30 Oktyabr 2026
63
14:59 / 30 Oktyabr 2026
352
14:38 / 30 Oktyabr 2026
97
14:36 / 30 Oktyabr 2026
152
14:35 / 30 Oktyabr 2026
76
14:29 / 30 Oktyabr 2026
347
14:22 / 30 Oktyabr 2026
538
14:18 / 30 Oktyabr 2026
147
14:16 / 30 Oktyabr 2026
78
13:55 / 30 Oktyabr 2026
74
13:45 / 30 Oktyabr 2026
125
13:31 / 30 Oktyabr 2026
180
13:18 / 30 Oktyabr 2026
373
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.