Məktəb qarşısında jurnalistlərə hücum: Kim cavabdehdir? — AÇIQLAMA
30 Oktyabr 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
78
30.10.2026, 15:10
Gömrük orqanlarında əməkdaşların başqa vəzifələrə keçirilməsi və rotasiya mexanizminin tətbiqi üçün hüquqi bazanın yaradılması təklif edilir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsi gömrük orqanlarında kadrların xidmət üzrə başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyə və rotasiya institutunun tətbiqi üçün normativ hüquqi bazanı yaratmağa, bununla da gömrük sistemində peşəkar idarəetmənin, xidməti intizamın, institusional çevikliyin və korrupsiya risklərinin qabaqlanmasının təmin edilməsinə yönəlib.
Rotasiya dövlət idarəçiliyində əməkdaşların bilik və bacarıqlarından daha geniş istifadə olunmasına, müxtəlif struktur və ərazi bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinə, peşəkar səriştələrin inkişafına və idarəetmə təcrübəsinin vahidləşdirilməsinə xidmət edən kadr idarəçiliyi mexanizmidir. Bu yanaşma beynəlxalq gömrük idarəçiliyi təcrübəsinə, o cümlədən Ümumdünya Gömrük Təşkilatının insan resurslarının idarə edilməsi üzrə yanaşmalarına da uyğundur. Gömrük orqanlarının çoxşaxəli funksiyaları və ərazi strukturlarının müxtəlif iş təcrübəsi rotasiyanın tətbiqini kadr potensialının inkişafı baxımından məqsədəuyğun edir.
Gömrük orqanları dövlət qulluğunun xüsusi növü üzrə fəaliyyət göstərdiyindən həmin siyasətin bu sahədə həyata keçirilməsi gömrük xidmətinin xüsusiyyətlərinə uyğun vəzifələr, xüsusi rütbələr, xidmətin fasiləsizliyi, sərhəd-keçid və gömrük nəzarəti rejimi nəzərə alınmaqla ayrıca hüquqi tənzimləmə tələb edir. Layihə məhz ümumdövlət islahatının bu sektorda məntiqi və ardıcıl davamıdır.
Rotasiya xidməti ehtiyaclardan, vəzifələrin xarakterindən və əməkdaşların peşə keyfiyyətlərindən çıxış edilməklə vəzifəli şəxsin bir vəzifədən digərinə planlı və hüquqi cəhətdən əsaslandırılmış keçirilməsidir.
Gömrük orqanlarında rotasiya mexanizminin formalaşdırılmasının məqsədi müxtəlif struktur və ərazi vahidlərində toplanmış bilik və təcrübənin qarşılıqlı ötürülməsi, idarəetmə standartlarının vahidləşdirilməsi, yeni səriştələrin formalaşdırılması və müxtəlif vəzifələrdə uzunmüddətli dəyişməzliyin mənfi nəticələrinin qarşısının alınmasıdır.
Layihə ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 52-ci və 53-cü maddələri qarşılıqlı əlaqədə yeni redaksiyada verilir, başqa işə keçirilmənin əsasları sistemləşdirilir və rotasiya ayrıca hüquqi əsas kimi müəyyən edilir. Yuxarı vəzifəyə, habelə ailə vəziyyətinə görə keçirilmədə vəzifəli şəxsin razılığı tələbi saxlanılır, digər hallarda yerdəyişmə isə qanunla müəyyən edilən müvafiq əsaslara uyğun həyata keçirilir.
Təklif edilən 53-1-ci maddə rotasiyanın keçirilməsi qaydasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini nəzərdə tutur. Bununla ümumi dövlət qulluğunda formalaşmış prinsiplər əsas götürülməklə, gömrük xidmətinin xüsusi rütbə, ixtisaslaşma, ərazi və xidmətin fasiləsizliyi kimi xüsusiyyətlərinə uyğun ayrıca qaydanın hazırlanması üçün hüquqi əsas yaradılır. Həmin qayda rotasiyanın vahid meyarlarla, planlı və ardıcıl həyata keçirilməsini təmin etməyə xidmət edəcək.
Beləliklə, layihənin qəbulu Azərbaycan Respublikası Prezidentinin dövlət qulluğunun inkişafı sahəsində müəyyən etdiyi strateji hədəflərin gömrük orqanlarında həyata keçirilməsinə, kadrların qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə, peşəkarlığın artırılmasına və xidmətin təşkilinin təkmilləşdirilməsinə hüquqi zəmin yaradacaq.
16:20 / 30 Oktyabr 2026
27
16:20 / 30 Oktyabr 2026
8
16:06 / 30 Oktyabr 2026
33
15:52 / 30 Oktyabr 2026
61
15:50 / 30 Oktyabr 2026
59
15:41 / 30 Oktyabr 2026
73
15:37 / 30 Oktyabr 2026
56
15:35 / 30 Oktyabr 2026
74
15:21 / 30 Oktyabr 2026
195
15:06 / 30 Oktyabr 2026
62
14:59 / 30 Oktyabr 2026
325
14:38 / 30 Oktyabr 2026
93
14:36 / 30 Oktyabr 2026
141
14:35 / 30 Oktyabr 2026
73
14:29 / 30 Oktyabr 2026
290
14:22 / 30 Oktyabr 2026
517
14:18 / 30 Oktyabr 2026
147
14:16 / 30 Oktyabr 2026
77
13:55 / 30 Oktyabr 2026
73
13:45 / 30 Oktyabr 2026
124
13:31 / 30 Oktyabr 2026
177
13:18 / 30 Oktyabr 2026
368
13:14 / 30 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.