Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazirdən YENİ QƏRAR

Baş nazirdən YENİ QƏRAR

CƏMİYYƏT

141

30.10.2026, 13:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bir sıra qurumların strukturu təsdiqlənib.

Oxu24.com  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sənədə əsasən, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi" aparatının işçilərinin say həddi 120 ştat vahidi kimi təsdiq olunub.

Bundan başqa, sənədə görə, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun işçilərinin say həddi 670 ştat vahidi, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun işçilərinin say həddi 221 ştat vahidi kimi təsdiq edilib.

Sənəddə qeyd edilib ki, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi" aparatının işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)" təsdiq olunub, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun və "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun işçilərinin aylıq tarif (vəzifə) maaşlarının məbləği büdcədən maliyyələşdirilən sahələr üçün təsdiq edilmiş müvafiq Vahid Tarif Cədvəli əsasında Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən edilib.