Yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
29 Oktyabr 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
29.10.2026, 22:34
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən “ENQRAM” sərgisi açılıb.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak edib, sərgi ilə tanış olublar.
Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə hazırlanan sərgi XX əsr Azərbaycan mədəniyyətini formalaşdırmış və bu gün də ölkənin təsviri sənətinə təsirini davam etdirən bədii və mədəni dəyişikliklərin maddi izlərini bir araya gətirib.
“ENQRAM” yaşanmış təcrübənin yaddaşda qorunub saxlanılmasını təmin edən fiziki izdir. Sərgi bu anlayışdan çıxış edərək, rəngkarlığı fərdi qavrayışın və tarixi təcrübənin maddi forma aldığı məkan kimi təqdim edir.
Azərbaycan incəsənətinin keçid mərhələləri formal həllər vasitəsilə üzə çıxır və irsən ötürülən vizual dillərin necə qorunduğunu, sınağa çəkildiyini və transformasiyaya uğradığını göstərir.
Kolleksiya toplamaq da yaddaşın qorunub saxlanması prosesinin bir hissəsidir. Hər kolleksiya şəxsi bağlılıqlar və seçimlər əsasında yaranır, incəsənət nümunələrinin bədii əhəmiyyətinə dair özünəməxsus təsəvvürü əks etdirir. Əsərləri vahid ekspozisiyada cəmləşdirən “ENQRAM” fərdi baxışları dialoq müstəvisinə çıxarır. Sərgi əsərin öz dövrünün yaddaşının daşıyıcısına çevrilməsi və onunla hər qarşılaşmanın bu yaddaşı necə dəyişdirdiyi barədə düşünməyə dəvət edir.
Ekspozisiyada Aida Mahmudova, Altay Sadıqzadə, Əbdül Xalıq, Əşrəf Murad, Cavad Mircavadov, Fərhad Xəlilov, Gennadi Brijatyuk, Hüseyn Haqverdiyev, Kamal Əhməd, Mahmud Rüstəmov, Mahmud Tağıyev, Mikayıl Abdullayev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Qorxmaz Əfəndiyev, Rasim Babayev, Rəşad Babayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Tağı Tağıyev, Tofiq Cavadov, Toğrul Nərimanbəyov və Ucal Haqverdiyevin rəngkarlıq ,qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
Sərgi çərçivəsində AISEL-in “SUBLIMINALS Manifestasiya Təcrübəsi” adlı musiqi performansı təqdim olunub.



23:11 / 29 Oktyabr 2026
37
23:08 / 29 Oktyabr 2026
8
23:05 / 29 Oktyabr 2026
244
23:00 / 29 Oktyabr 2026
36
22:50 / 29 Oktyabr 2026
40
22:47 / 29 Oktyabr 2026
46
22:42 / 29 Oktyabr 2026
119
22:37 / 29 Oktyabr 2026
49
22:32 / 29 Oktyabr 2026
60
22:30 / 29 Oktyabr 2026
117
22:27 / 29 Oktyabr 2026
70
22:24 / 29 Oktyabr 2026
70
22:17 / 29 Oktyabr 2026
60
22:11 / 29 Oktyabr 2026
85
22:07 / 29 Oktyabr 2026
75
21:48 / 29 Oktyabr 2026
95
21:45 / 29 Oktyabr 2026
940
21:42 / 29 Oktyabr 2026
109
21:33 / 29 Oktyabr 2026
75
21:31 / 29 Oktyabr 2026
157
21:27 / 29 Oktyabr 2026
80
21:18 / 29 Oktyabr 2026
79
21:04 / 29 Oktyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.