ICESCO Prezident İlham Əliyevə Azərbaycanda tərəfdaşlığın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib
27 Oktyabr 2026, 13:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
83
27.10.2026, 12:56
Tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, quraşdırılması və genişləndirilməsi üçün zəruri torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla bağlı Mülki Məcəlləyə də müvafiq dəyişiklik təklif olunur.
Beləliklə, Azərbaycanda metro və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə qanunvericiliyə dəyişiklik təklif olunur. Layihə metro və dəmir yolu infrastrukturu üzrə strateji əhəmiyyətli dövlət layihələrinin maneəsiz icrasını hüquqi baxımdan təmin etməyə yönəlib.
Qeyd edilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Prezidentin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, həmçinin mövcud infrastrukturun bərpası və təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.
Hazırlanan qanun layihəsinin əsas məqsədi dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarını tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsidir.
Dəyişikliklər, xüsusilə tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, bərpası və təkmilləşdirilməsi üçün zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq və birmənalı tətbiqini nəzərdə tutur.
Təklif olunan dəyişikliklərin mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın artırılmasına xidmət edəcəyi bildirilir.
Layihə, həmçinin, dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasını hədəfləyir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
14:15 / 27 Oktyabr 2026
1
14:07 / 27 Oktyabr 2026
27
13:50 / 27 Oktyabr 2026
138
13:45 / 27 Oktyabr 2026
44
13:42 / 27 Oktyabr 2026
44
13:29 / 27 Oktyabr 2026
354
13:25 / 27 Oktyabr 2026
77
13:15 / 27 Oktyabr 2026
550
13:08 / 27 Oktyabr 2026
183
12:49 / 27 Oktyabr 2026
153
12:47 / 27 Oktyabr 2026
77
12:45 / 27 Oktyabr 2026
86
12:43 / 27 Oktyabr 2026
75
12:35 / 27 Oktyabr 2026
472
12:32 / 27 Oktyabr 2026
102
12:30 / 27 Oktyabr 2026
154
12:28 / 27 Oktyabr 2026
89
12:24 / 27 Oktyabr 2026
86
12:01 / 27 Oktyabr 2026
79
11:55 / 27 Oktyabr 2026
90
11:45 / 27 Oktyabr 2026
77
11:33 / 27 Oktyabr 2026
96
11:25 / 27 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.