Məcəlləyə dəyişiklik EDİLDİ
27 Oktyabr 2026, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
121
27.10.2026, 12:30
Milli Məclis (MM) dövlət ehtiyacları üçün torpaq alınması üzrə qanunvericiliyin təkmilləşdirilməsini ilk oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Mülki Məcəllədə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanun layihəsi nəqliyyat infrastrukturunun, o cümlədən metro və dəmir yolu şəbəkələrinin inkişafı, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrası məqsədilə hazırlanıb. Layihə metro və dəmir yolu infrastrukturu üzrə müəyyən edilən strateji əhəmiyyətli dövlət layihələrinin maneəsiz icrasını hüquqi cəhətdən təmin edir.
Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ölkə Prezidentinin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Proqramda nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.
Qanun layihəsinin əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsidir. Xüsusilə nəqliyyat və kommunikasiya xətlərinin (tunellər, o cümlədən metro tunelləri, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalar və depolar) tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq, birmənalı və qabaqcıl təcrübəyə uyğun tətbiqinə nail olmaqdır.
Təklif olunan dəyişikliklər ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın təmin olunmasına, habelə dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasına xidmət edir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
13:15 / 27 Oktyabr 2026
40
13:10 / 27 Oktyabr 2026
27
13:08 / 27 Oktyabr 2026
68
12:56 / 27 Oktyabr 2026
60
12:49 / 27 Oktyabr 2026
95
12:47 / 27 Oktyabr 2026
62
12:45 / 27 Oktyabr 2026
63
12:43 / 27 Oktyabr 2026
57
12:35 / 27 Oktyabr 2026
320
12:32 / 27 Oktyabr 2026
77
12:28 / 27 Oktyabr 2026
75
12:24 / 27 Oktyabr 2026
74
12:01 / 27 Oktyabr 2026
73
11:55 / 27 Oktyabr 2026
85
11:45 / 27 Oktyabr 2026
74
11:33 / 27 Oktyabr 2026
91
11:25 / 27 Oktyabr 2026
124
11:16 / 27 Oktyabr 2026
197
11:09 / 27 Oktyabr 2026
97
11:05 / 27 Oktyabr 2026
407
10:53 / 27 Oktyabr 2026
77
10:48 / 27 Oktyabr 2026
109
10:45 / 27 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.