Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
219
09.10.2026, 10:20
Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya çərçivəsində “SiMA İmza” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi portalda (https://etender.gov.az/) sənədlərin “SİMA İmza” ilə rəqəmsal şəkildə imzalanması imkanı yaradılıb.
Oxu24.com xəbər verir ki, hazırda sahibkarlar portalda şirkətlərin maliyyə hesabatlarını, eləcə də Dövlət Vergi Xidmətindən müvafiq arayışların əldə olunması ilə bağlı müraciətləri “SİMA İmza” ilə imzalaya bilərlər. Proses tam rəqəmsal formatda həyata keçirilir. Sahibkarlar heç bir xidmət mərkəzinə getmədən mobil tətbiq vasitəsilə rəqəmsal imza əldə edir və birbaşa portalda tender proseslərinə onlayn qoşula bilirlər.
Bununla da sənədlərin imzalanması prosesi sadələşdirilir, satınalma iştirakçılarının əməliyyat yükü azaldılır və prosedurların daha çevik və operativ icrasına imkan yaradılır. Eyni zamanda, imzanın onlayn əldə olunması kiçik və orta sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdırır, rəqabət mühitinin genişlənməsinə və proseslərin şəffaflığına töhfə verir.
Bu yenilik dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə ölkədə aparılan işlərin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda dövlət xidmətlərinin müasirləşdirilməsi və rəqəmsal platformalara keçirilməsi əsas istiqamətlər sırasında göstərilir.
“AzInTelecom” SİMA-nın tətbiq sahələrini genişləndirərək istifadəçilər üçün rahat və əlçatan rəqəmsal xidmət təcrübəsi yaratmağa davam edəcək.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.