Son dərəcə sərt qış qapıdadır
04 Noyabr 2026, 01:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
287
07.10.2026, 17:18
Gənclik gözəl məqamdır. Bəlkə də, ömrün ən xoşbəxt, bəxtəvər, rahat və qayğısız çağıdır. Üstəlik də, yaxşı ailən varsa. Nümunəvi ata, anaya sahibsənsə. Bu, ən böyük şansındır. Adam ürəkli olur. Elə bilirsən, heç kimin, heç nəyin sənə gücü çatmaz. Hər şeyə isə sənin əlin çatar. Çünki arxanda dağ kimi valideynlərin var.
Mənim gəncliyim çox şux, xoşbəxt və şən olub. Deyib-gülməyi, zarafatı sevmişəm. Əlbəttə, qədərində. Özümə hörmətlə yanaşı, kimin qızı olduğumu da unutmamışam. Hər addımıma fikir vermişəm. Amma evimizdə başqa bir qız olurdum. Hay-küylü, güləndə az qala divarlar silkələnirdi. O qədər ürəkdən gülürdüm. Bir müəllimim vardı. Rəhmətlik deyirdi, "Ramidə kişmişi gülür. Elə ürəkdən gülür, adamın eyni açılır".
Ancaq evdə həmişə bu gülmək üstündə danlanırdım. Anam deyirdi ki, "Olmaz belə gülmək. Qız uşağısan. Güləndə yeddievli qonşu eşidir. Ayıbdır. Ərə getdiyin yerdə üç gün sonra, gətirib, üstümüzə atacaqlar ki, belə gülmək olmaz". Bu mənim alyanaqlı, anamın, sonamın sözləri idi.
Əlbəttə, anam istəyirdi ki, mən hər şeydə nümunəvi olum, xoşbəxt olum. İndi, mən də eynilə qızıma qarşı eyni düşüncədəyəm.
Amma məsələ ondadır ki, anam deyən kimi ailə də qurdum, oğul uşaq sahibi də oldum, onları ürəyim istəyən kimi tərbiyə edib böyütdüm.
Lakin gülməyi unutdum Ana!
Sənin böyütdüyün o ötkəm, şıltaq, şən qızdan əsər-əlamət qalmadı Ana!
Mən hər şeydə nümunəvi olmağa çalışdım. Müəyyən qədər nail də oldum. Bəlkə də, lap çoxunu əldə etdim. Amma gözlərimdəki o işıq söndü, çöhrəmdəki təbəssüm yoxa çıxdı Ana!
Daha ürəkdən gülə bilmirəm. Gülməyi unutmuşam Ana!
Nə vaxt ürəkdən güldüyüm belə yadımda deyil. Biraz güləndə canım, ruhum ağrıyır Ana!
Bilmirəm, bəlkə də, çiyinlərimdəki yükün ağırlığı, ürəyimdəki nisgilin nəticəsidir.
Bilmirəm, heç nə bilmirəm.
Amma bircə şeyi bilirəm, o gülüşümü axtarıram Ana!
Tapa bilmirəm, itən gəncliyim, əriyən gözəlliyim kimi o da yox çıxıb. O tərəflərdə görsən, de ki, " səni axtaran, arzusunda olan var".
Ramidə Yaqubqızı
01:07 / 04 Noyabr 2026
67
00:56 / 04 Noyabr 2026
95
00:38 / 04 Noyabr 2026
166
00:30 / 04 Noyabr 2026
89
00:29 / 04 Noyabr 2026
124
00:18 / 04 Noyabr 2026
151
00:11 / 04 Noyabr 2026
90
00:10 / 04 Noyabr 2026
175
23:58 / 03 Noyabr 2026
216
23:58 / 03 Noyabr 2026
3421
23:50 / 03 Noyabr 2026
140
23:40 / 03 Noyabr 2026
129
23:34 / 03 Noyabr 2026
138
23:04 / 03 Noyabr 2026
303
22:59 / 03 Noyabr 2026
86
22:52 / 03 Noyabr 2026
118
22:48 / 03 Noyabr 2026
96
22:45 / 03 Noyabr 2026
118
22:33 / 03 Noyabr 2026
134
22:30 / 03 Noyabr 2026
157
22:29 / 03 Noyabr 2026
229
22:25 / 03 Noyabr 2026
97
22:21 / 03 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.