Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
205
06.10.2026, 19:44
Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Rusiyanın enerji şirkəti “Lukoyl”un təsisçisi Vahid Ələkbərov oktyabrın 6-da Daşkənddə keçirilən görüşdə şirkətin Özbəkistandakı cari layihələrini və fəaliyyətinin genişləndirilməsi planlarını müzakirə ediblər.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, Vahid Ələkbərov Mirziyayevə “Lukoyl”un Özbəkistanın enerji sektorundakı layihələrinin, o cümlədən geoloji kəşfiyyat işlərinin, perspektivli karbohidrogen yataqlarının işlənməsinin və şirkətin neft məhsullarının satışı üzrə pərakəndə şəbəkəsinin genişləndirilməsinin cari vəziyyəti barədə məlumat verib.
Bundan əlavə, tərəflər “Lukoyl”un Özbəkistanda fəaliyyətini genişləndirmək planlarını nəzərdən keçirib və şirkətin ölkənin neft-qaz sektorunda gördüyü cari işləri müzakirə ediblər.
“Xüsusi diqqət Özbəkistanda şirkətin layihələrinin cari vəziyyətinə və fəaliyyətinin genişləndirilməsi perspektivlərinə yönəldilib”, - deyə bildirilir.
Qeyd edək ki, “Lukoyl” Özbəkistanda 2004-cü ildən fəaliyyət göstərir və ölkənin neft-qaz sektorunun ən iri xarici investorlarından biridir. Şirkət “Özbəkneftqaz”la tərəfdaşlıq çərçivəsində hasilatın pay bölgüsü sazişləri əsasında “Kandım-Hauzak-Şadı” və “Cənub-Qərbi Hissar” layihələrini həyata keçirir. “Lukoyl”un məlumatına görə, bu layihələr çərçivəsində ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb, şirkətin Özbəkistana investisiyalarının həcmi isə təxminən 8 milyard dollar təşkil edib.
01:47 / 29 Oktyabr 2026
120
01:20 / 29 Oktyabr 2026
246
01:13 / 29 Oktyabr 2026
113
00:04 / 29 Oktyabr 2026
280
23:58 / 28 Oktyabr 2026
87
23:54 / 28 Oktyabr 2026
21637
23:53 / 28 Oktyabr 2026
230
23:46 / 28 Oktyabr 2026
103
23:33 / 28 Oktyabr 2026
225
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
517
23:14 / 28 Oktyabr 2026
81
23:10 / 28 Oktyabr 2026
107
22:50 / 28 Oktyabr 2026
1156
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
89
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
117
20:29 / 28 Oktyabr 2026
100
20:26 / 28 Oktyabr 2026
93
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.