Məleykə Abbaszadəni kollektivə O TƏQDİM ETDİ -FOTOLAR
19 Noyabr 2026, 20:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
302
29.09.2026, 21:45
Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Tadbirchi Event Organizer Group” MMC (VÖEN – 1605416641) olub.
Oxu24.com Yeniavaz.com-a istinadən xəbər verir ki, nazirlik qalib şirkətdən “Yol: Dövlət, Ənənə və Transformasiya” layihəsinin həyata keçirilməsi xidmətlərini satın alacaq və qarşılığında 109 min 960 manat 66 qəpik ödəyəcək.
Qeyd edək ki, bu ilin may ayından sonra “Tadbirchi Event Organizer Group” MMC Gənclər və İdman Nazirliyinin keçirdiyi daha 4 tender müsabiqəsində qalib olub. MMC-nin qalib olduğu müsabiqələrin ümumi dəyəri 636 min 999 manat 64 qəpik olub.
2024-cü ilin mart ayında vergi qeydiyyatına alınan MMC başqa heç bir dövlət qurumunun tender müsabiqəsində qalib olmayıb.
Məlumat üçün bildirək ki, hüquqi ünvanı Heydər Əliyev prospekti, ev 115, m. 178B-də yerləşən “Tadbirchi Event Organizer Group” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Ötən ilin may ayından etibarən MMC-yə Qarayev Surxay İlqar oğlu rəhbərlik edir. Qarayev Surxay İlqar oğlu eyni zamanda gimnastika üzrə hakimdir.Yeniavaz.com
Onu da qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov da daha əvvəl Azərbaycan Gimnastika Federasiyasının baş katibi olub. Son 5 ayda Gənclər və İdman Nazirliyi ilə 637 min manatlıq satınalma müqaviləsi imzalayan “Tadbirchi Event Organizer Group” MMC-nin rəhbəri Surxay Qarayev daha əvvəl sosial şəbəkə hesabında Fərid Qayıbov ilə çəkilən foto da paylaşıb.
20:04 / 19 Noyabr 2026
2
19:55 / 19 Noyabr 2026
40
19:53 / 19 Noyabr 2026
48
19:30 / 19 Noyabr 2026
73
19:10 / 19 Noyabr 2026
451
19:05 / 19 Noyabr 2026
81
18:55 / 19 Noyabr 2026
91
18:50 / 19 Noyabr 2026
129
18:07 / 19 Noyabr 2026
272
17:58 / 19 Noyabr 2026
112
17:50 / 19 Noyabr 2026
97
17:47 / 19 Noyabr 2026
418
17:45 / 19 Noyabr 2026
115
17:41 / 19 Noyabr 2026
101
17:34 / 19 Noyabr 2026
104
17:30 / 19 Noyabr 2026
116
17:20 / 19 Noyabr 2026
110
17:15 / 19 Noyabr 2026
113
17:01 / 19 Noyabr 2026
336
16:51 / 19 Noyabr 2026
396
16:50 / 19 Noyabr 2026
151
16:48 / 19 Noyabr 2026
120
16:35 / 19 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.