Bu gün general olan hərbçilər kimlərdir? - Foto
07 Noyabr 2026, 15:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1051
27.09.2026, 12:29
Onun nəşi tapılanda ovcunun içərisində bacısının adı yazılmışdı.Anası rayonun morqunda xadimə işləyirdi.Hər gün işə gedərkən bir şəhid,yaxud yaralı qanı təmizləyirdi morqda.Bu dəfə isə tale onun özünü sınağa çəkdi.
İşə gedən ana morqa yeni şəhid və yaralı gəldiyini eşidir.Bəs,kimdir bu şəhid?
Oxu24.com bildirir ki,söhbət Hüseynov Sərhəd Fərhad oğlundan gedir...
Daha ətraflı video materialda:
Hüseynov Sərhəd Fərhad oğlu 1996 -cı ilin aprel ayının 4-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb. Uşaqlıq illəri cəbhəyanı torpaqlarda keçib. Sərhədin bir arzusu olub - sərhədçi olmaq. Həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi xidmətçi olaraq vətənin keşiyində dayanıb. Ömrünün altı ilini Vətənə həsr edən Sərhəd 27 sentyabrda düşmənin hücumunun qarşısının alınması məqsədi ilə əks hücumdə həmləçi olaraq döyüşə qatılır.
Onun döyüş yolu ata-baba torpağı olan Füzuli istiqamətindən başlayır. Üç gün gərgin döyüşlərdə düşmənə ağır zərbələr endirilməsində Sərhəd də döyüşçü yoldaşları ilə birgə şücaət göstərir. Sentyabrın 29-da yaralanana iki hərbçi yoldaşını xilas edib, üçünü atəş xəttindən çıxaran zaman düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhid olur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseynov Sərhəd ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Həmçinin oxuyun
15:55 / 07 Noyabr 2026
6
15:23 / 07 Noyabr 2026
235
15:17 / 07 Noyabr 2026
66
15:02 / 07 Noyabr 2026
166
14:52 / 07 Noyabr 2026
438
14:47 / 07 Noyabr 2026
120
14:41 / 07 Noyabr 2026
184
14:36 / 07 Noyabr 2026
99
14:18 / 07 Noyabr 2026
158
13:57 / 07 Noyabr 2026
393
13:41 / 07 Noyabr 2026
877
13:27 / 07 Noyabr 2026
377
13:12 / 07 Noyabr 2026
118
13:03 / 07 Noyabr 2026
422
12:49 / 07 Noyabr 2026
121
12:45 / 07 Noyabr 2026
132
12:45 / 07 Noyabr 2026
158
12:36 / 07 Noyabr 2026
351
12:23 / 07 Noyabr 2026
132
12:16 / 07 Noyabr 2026
732
11:58 / 07 Noyabr 2026
348
11:53 / 07 Noyabr 2026
520
11:45 / 07 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.