Yaxınından Ada ilə bağlı ürəkdağlayan PAYLAŞIM
23 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
384
17.09.2026, 19:25
Cari ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan buğdanın həcmində və dəyərində maraqlı statistik dəyişikliklər qeydə alınıb. Göstərilən dövrdə ölkəyə 143,457 milyon dollarlıq 631 min 686 ton taxıl məhsulu gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət olaraq idxal 2,3 faiz azalsa da, dəyər ifadəsində 2,4 faiz artım baş verib. Bu cür fərqlər idxal olunan məhsulun orta qiymətində və strukturunda müəyyən dəyişikliklərin olduğunu göstərir. Bəs bu tendensiya daxili bazarda un və çörəyin qiymətinə necə təsir edəcək? Ekspert qiymətləndirmələrində idxal strukturunun dəyişməsi və daxili ehtiyatların rolu xüsusi vurğulanır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli sualları cavablandırıb:
— Bu ilin yanvar-iyul aylarında Azərbaycana buğda idxalının həcmi 2,3% azalsa da, dəyəri 2,4% artıb. Sizcə, bu fərq əsasən dünya bazarında buğdanın qiymət dəyişiklikləri ilə bağlıdır, yoxsa idxalın strukturunda başqa amillər də rol oynayır? Eyni zamanda, bu tendensiya daxili bazarda un və çörək qiymətlərinə təsir göstərə bilərmi?
Akif Nəsirli sualımıza cavab olaraq bildirib ki, bu fərq təkcə dünya bazarında buğdanın qiyməti ilə izah olunmur. İdxalın həcmi 2,3 faiz azaldığı halda dəyərin 2,4 faiz artması ilk növbədə o deməkdir ki, idxal olunan buğdanın orta qiyməti yüksəlib.
Onun sözlərinə görə, sadə hesabla, tonun orta idxal qiyməti təxminən 226,9 dollardan 227,1 dollara yüksəlib:
“Artım çox böyük deyil və burada dünya bazarındakı qiymət dəyişiklikləri ilə yanaşı, hansı ölkələrdən və hansı keyfiyyət göstəricilərinə malik buğdanın alınması, logistika və sığorta xərcləri, valyuta məzənnəsi və idxal strukturundakı dəyişikliklər də rol oynaya bilər”.
Ekspert qeyd edib ki, idxal həcminin azalması isə əvvəlki dövrdən qalan ehtiyatların istifadə edildiyini göstərir. Buna görə təkcə idxalın azalmasına baxaraq daxili bazarda buğda çatışmazlığı yarandığını söyləmək düzgün olmaz:
“Un və çörək qiymətlərinə gəlincə, bu rəqəmlərin özündən ciddi bahalaşma təzyiqi görünmür. Çünki idxal olunan buğdanın orta qiymətində artım çox cüzidir. Un və çörəyin qiymətinə yalnız buğdanın alış qiyməti deyil, elektrik və qaz, əməkhaqqı, logistika, qablaşdırma, dəyirman və digər istehsal xərcləri də təsir edir. Əgər dünya bazarında buğdanın qiyməti uzun müddət yüksələrsə və eyni zamanda digər istehsal xərcləri də artarsa, onda daxili bazarda un və çörəyin bahalaşması üçün daha ciddi əsas yarana bilər. Hazırkı göstəricilər isə daha çox idxal strukturunda və orta qiymətdə cüzi dəyişiklik olduğunu göstərir”,- deyə Akif Nəsirli fikrini tamamlayıb.
Beləliklə, hazırkı idxal göstəriciləri Azərbaycanda un və çörəyin qiymətinin yaxın dövrdə kəskin bahalaşacağına dair əsasların olmadığını göstərir. Bununla belə, dünya bazarında buğdanın qiyməti, logistika və digər istehsal xərclərində baş verəcək dəyişikliklər daxili bazardakı qiymətlərə təsir göstərə bilər.
Çimnaz Telmanqızı
23:50 / 23 Noyabr 2026
100
23:32 / 23 Noyabr 2026
67
23:29 / 23 Noyabr 2026
68
23:24 / 23 Noyabr 2026
75
23:19 / 23 Noyabr 2026
77
22:54 / 23 Noyabr 2026
90
22:39 / 23 Noyabr 2026
153
22:37 / 23 Noyabr 2026
107
22:30 / 23 Noyabr 2026
97
22:25 / 23 Noyabr 2026
136
22:14 / 23 Noyabr 2026
150
21:55 / 23 Noyabr 2026
103
21:51 / 23 Noyabr 2026
506
21:44 / 23 Noyabr 2026
135
21:35 / 23 Noyabr 2026
125
21:27 / 23 Noyabr 2026
153
20:55 / 23 Noyabr 2026
1916
20:46 / 23 Noyabr 2026
116
20:37 / 23 Noyabr 2026
146
20:21 / 23 Noyabr 2026
140
20:16 / 23 Noyabr 2026
209
20:09 / 23 Noyabr 2026
160
19:53 / 23 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.