Bu 4 rayonda İŞIQ OLMAYACAQ
02 Noyabr 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
15.09.2026, 22:09
Paytaxt sakinləri gecə saatlarında yollarda azalan avtomobil sıxlığı fonunda yeni bir problemlə üzləşirlər. Yaşayış məntəqələrinə yaxın ərazilərdə, xüsusilə Nərimanov rayonu istiqamətində tikintilərdən gələn səslər və ağır tonnajlı maşınların hərəkəti insanları narahat edir. Gecədən səhərə qədər davam edən bu proses sakinlərin normal istirahət etməsinə ciddi maneə törədir. Bütün günahları yalnız avtomobillərin üzərinə atmaq düzgün olmasa da, nəqliyyat vasitələrinin yaratdığı səs-küy də şəhər mühitində mühüm fəsadlar törədir.
Mövzu ilə əlaqədar olaraq nəqliyyat eksperti Eldəniz Cəfərov Oxu24.com-a açıqlamasında bildirib ki, avtomobildən çıxan səslə bağlı qanunvericilikdə, o cümlədən Yol Hərəkəti Haqqında Qanunda və İnzibati Xətalar Məcəlləsində müddəalar mövcuddur:
"Zərurət yaranmadan lüzumsuz siqnal verməyə görə, mühərrik həcminin yüksək olduğuna görə nəqliyyat vasitələrinə bununla bağlı cərimə tətbiq olunur. Bu sistem Azərbaycanda çoxdan var. Yəni Yol Hərəkəti Haqqında Qanun Azərbaycanda qəbul olunandan bu, Azərbaycanda var. Yəni bu, yenilik deyil. Biz yenidən xüsusi bir qanun, qayda yaratmağımıza ehtiyac yoxdur, çünki bu qanun artıq mövcuddur”.
Ekspert qeyd edib ki, paytaxtın yaşayış məntəqələrinə bitişik ərazilərində, xüsusilə gecə saatlarında ağır tonnajlı maşınların və tikinti sahələrinin yaratdığı səslər sakinlərin rahatlığını pozur.
Eldəniz Cəfərov vurğulayıb ki, avtomobillərin səsləri və lüzumsuz siqnallarla bağlı məsuliyyətverici normativ sənədlər və cərimə mexanizmləri onsuz da qanunvericilikdə mövcuddur:
“Şəhər mühitində səs-küyün azaldılması üçün həm nəqliyyat vasitələrinin səsdən qoruyucu sistemlərinə nəzarət gücləndirilməli, həm də gecə saatlarında tikinti zonasında axının tənzimlənməsi vacibdir”.
Çimnaz Telmanqızı
22:25 / 02 Noyabr 2026
10
22:22 / 02 Noyabr 2026
25
22:18 / 02 Noyabr 2026
35
22:09 / 02 Noyabr 2026
40
22:08 / 02 Noyabr 2026
44
22:06 / 02 Noyabr 2026
91
21:43 / 02 Noyabr 2026
1184
21:39 / 02 Noyabr 2026
82
21:38 / 02 Noyabr 2026
44
21:30 / 02 Noyabr 2026
66
21:30 / 02 Noyabr 2026
96
21:19 / 02 Noyabr 2026
77
21:13 / 02 Noyabr 2026
75
21:13 / 02 Noyabr 2026
91
21:06 / 02 Noyabr 2026
194
21:01 / 02 Noyabr 2026
93
21:00 / 02 Noyabr 2026
118
20:47 / 02 Noyabr 2026
96
20:36 / 02 Noyabr 2026
182
20:34 / 02 Noyabr 2026
127
20:26 / 02 Noyabr 2026
1880
20:23 / 02 Noyabr 2026
106
20:22 / 02 Noyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.