Gözünün altı torbalananlar yastığını dəyişsin
02 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
704
15.09.2026, 18:41
Rusiyadakı Azərbaycan kriminal aləmində uzun müddətdir davam edən liderlik boşluğu yeni mərhələyə qədəm qoyur. Yerli kriminal qruplar arasında vahid liderin olmaması fonunda Azərbaycan mənşəli kriminal çevrələrin nəzarətinin digər Qafqaz qruplarının əlinə keçməsi təhlükəsi yaranıb.
Oxu24.com xəbər verir ki, 5 ildən sonra Moskvaya qayıdan çeçen əsilli “qanuni oğru” Əhməd Dombayev (Əhməd Şalinski) artıq Azərbaycan kriminal qruplarının da fəaliyyətinə müdaxilə etməyə başlayıb.
Dombayevin Moskvaya qayıdışı “təntənəli” xarakter daşıyıb. O, paytaxtda çoxsaylı silahlı şəxslərin müşayiəti ilə hərəkət edir. Bildirilir ki, onun ətrafında ən azı 20 nəfərlik mühafizə dəstəsi var. Əhməd Dombayevin bir sıra hallarda Azərbaycan kriminal klanlarının uzun müddətdir nəzarətində hesab olunan məkanlarda göründüyü, həmçinin azərbaycanlı biznesmenlərlə əlaqələr qurduğu iddia edilir. Belə ki, hazırda Rusiyadakı Azərbaycan kriminal aləmində vahid və real təsir gücünə malik liderin olmadığı bildirilir.
Azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov uzun müddətdir kriminal proseslərdə əvvəlki təsirini itirib. Onun əsasən vaxtını digər “qanuni oğru” Suren Tavadovla (Surik Andijanski) keçirdiyi iddia edilir. Digər azərbaycanlı kriminal avtoritetlərdən Taleh Dağlıyev (Tolik Maştağinski) barədə isə onun Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə Pyatiqorsk şəhərinə göndərildiyi və Moskvada görünməsinə icazə verilmədiyi yazılır.
“Kriminal general” kimi təqdim olunan Ulfat Tağıyevin (Rufo Gəncinski) isə Rusiyaya girişinə qadağa qoyulduğu, buna baxmayaraq, bəzi münaqişələri uzaqdan idarə etdiyi iddia edilir. Məlumata görə, son dövrlərdə azərbaycanlı kriminal qruplar arasında “razborka”larda Rusiya-Ukrayna müharibəsinin iştirakçısı olmuş Zaur Əliyevin (Zayka) da adı hallanır.
Bütün bunların nəticəsində Azərbaycan kriminal mühitində vahid mərkəzin olmamasının qarşıdurma riskini artırdığı bildirilir. Məhz belə bir şəraitdə Əhməd Şalinskinin Moskvaya qayıtması Azərbaycan kriminal qrupları üçün yeni vəziyyət yaradıb. Bildirilir ki, o, müxtəlif azərbaycanlı kriminal qrupları öz nəzarəti altında birləşdirməyə başlayıb.Onun bununla kifayətlənmək niyyətində deyil və növbəti mərhələdə digər Qafqaz kriminal qrupları üzərində də nəzarət yaratmağa çalışacaq.
Əhməd Dombayevin Moskvaya qayıtması isə ayrıca suallar doğurur. Çünki onun Rusiya üzrə federal axtarışda olduğu bildirilir. Buna görə də onun 5 illik fasilədən sonra Moskvaya gəlib açıq şəkildə fəaliyyət göstərməsi və Azərbaycan criminal aləminə nüfuz etməsi planlı addıma bənzəyir./Modern.az/
23:32 / 02 Noyabr 2026
1
23:28 / 02 Noyabr 2026
23
23:24 / 02 Noyabr 2026
34
23:19 / 02 Noyabr 2026
38
23:12 / 02 Noyabr 2026
39
23:05 / 02 Noyabr 2026
64
23:05 / 02 Noyabr 2026
72
22:55 / 02 Noyabr 2026
94
22:48 / 02 Noyabr 2026
130
22:44 / 02 Noyabr 2026
69
22:27 / 02 Noyabr 2026
90
22:25 / 02 Noyabr 2026
88
22:22 / 02 Noyabr 2026
80
22:18 / 02 Noyabr 2026
87
22:09 / 02 Noyabr 2026
74
22:08 / 02 Noyabr 2026
84
22:06 / 02 Noyabr 2026
175
21:43 / 02 Noyabr 2026
1782
21:39 / 02 Noyabr 2026
117
21:38 / 02 Noyabr 2026
77
21:30 / 02 Noyabr 2026
97
21:30 / 02 Noyabr 2026
122
21:19 / 02 Noyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.