Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
354
15.09.2026, 11:00
Sentyabrın 20-dək bəzi bürclər üçün maliyyə baxımından xüsusi imkanlar yarana bilər. Astroloqlar Tərəzi, Oxatan və Balıqların bu dövrdə pul və iş məsələlərində daha şanslı olacağını bildirirlər.
Oxu24.com xəbər verir ki, astroloqlar bildirir ki, Tərəzi üçün əsas dəyişiklik daha çox qazanc əldə etməkdən deyil, artıq sahib olduqlarını düzgün qiymətləndirməkdən başlayacaq. Astroloqlar bu bürcə öz uğurlarının fərqinə varmağı və uzun müddətdir təxirə saldığı istirahətə vaxt ayırmağı tövsiyə edirlər. Maddi rahatlıq hissi yeni imkanların yaranmasına da yol aça bilər.
Oxatan üçün isə şansın açarı əməkdaşlıq olacaq. Yeni tanışlıq, işgüzar əlaqə və ya tərəfdaşlıq gözlənilməz gəlir imkanları yarada bilər. Astroloqlar bu bürcün hər şeyi təkbaşına həll etməyə çalışmamasını və ona təqdim olunan dəstəyi qəbul etməsini məsləhət görürlər.
Balıqlar üçün qarşıdakı günlər öz dəyərini daha yaxşı anlamaq baxımından önəmli olacaq. Astroloqlar bildirirlər ki, bu bürc uzun müddət maliyyə ilə bağlı müəyyən qorxular yaşasa da, indi əməyinin qarşılığını almağa hazır olmalıdır.
Beləliklə, sentyabrın 20-dək Tərəzi üçün rahatlıq, Oxatan üçün düzgün tərəfdaşlıq, Balıqlar üçün isə özünə inam maliyyə baxımından yeni imkanların əsas açarı olacaq.
Astroloqların şərhlərinə görə, bu dövrdə əsas məsələ yalnız pul qazanmaq deyil, həm də gələn imkanları görmək və onlardan düzgün istifadə etməkdir.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.