Ana südü autizmə səbəb olur? – Valideynləri narahat edən iddiaya CAVAB
14 Noyabr 2026, 13:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3294
12.09.2026, 13:14
Bank olmayan kredit təşkilatlarında (BOKT) gündəlik kredit borcunu restrukturizasiya edən müştəridən əlavə ödəniş tələb olunmayacaq.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
Onun sözlərinə görə, gündəlik kreditlərlə bağlı yeni yanaşma sektorda baş verən proseslərin və neqativ halların qarşısını almaq məqsədilə tətbiq olunub.
"Burada əsas məqsədimiz istehlakçıların izafi borclanmasının qarşısının alınması və hüquqlarının qorunmasıdır.
Bəzi hallarda faizlər yüksək olurdu. Buna görə də verilən gündəlik kreditlərin yuxarı həddini 500 manat müəyyən etdik. Gündəlik faiz dərəcəsi 0,3 %-dir. Kreditin qaytarılma müddətinin yuxarı həddi isə 45 gündür.
Əsas məqsədimiz ondan ibarətdir ki, bütün ödənişlər üzrə müştərinin ödəyəcəyi məbləğ götürdüyü kreditin məbləğindən 100 %-dən çox olmamalıdır. Yəni şəxs 100 manat kredit götürürsə, onun ödəyəcəyi əlavə xərc 100 manatdan çox olmamalıdır. Bu normativ müştərilərin daha yüksək məbləğdə borclanmasının qarşısını almaq məqsədilə tətbiq edilib.
Burada təminatla bağlı da qadağalar var. Daşınar və daşınmaz əmlakın təminat kimi götürülməsi qadağandır. Restrukturizasiya ilə bağlı da qadağa qoyulmuşdu. Lakin biz cari vəziyyəti və istehlakçıların gündəlik kreditlər üzrə gecikmiş borclarını nəzərə alaraq restrukturizasiyaya imkan verdik", – deyə X. İsmayılov bildirib.
O qeyd edib ki, AMB bu qərarı sentyabrın 8-də qeydiyyata alıb və yeni qayda oktyabrın 10-dan tətbiq olunacaq.
"Müştəri kreditin 20 %-ni ödəməklə növbəti 45 gün ərzində kreditini restrukturizasiya edə bilər. Bu da həmin müştərilərin gecikmiş kreditlərinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Yəni müştərinin gecikmiş krediti üzrə vəziyyəti yaxşılaşacaq.
Eyni zamanda, müştərinin ödəyəcəyi ümumi məbləğin götürdüyü kreditin məbləğinin 100 %-indən çox olmaması nəzərdə tutulub. İstənilən halda, restrukturizasiya həyata keçirilsə belə, müştəri əlavə xərc ödəməməlidir. Yəni ödəniş məbləği müəyyən edilmiş 100 %-lik həddi keçməməlidir. Burada əsas fokusumuz vətəndaş, yəni borcalandır", - deyə o əlavə edib. /Report.az/
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.