Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir - Özəl
27 Oktyabr 2026, 21:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
245
07.09.2026, 16:07
“Azərbaycan Hava Yolları”nın (AZAL) həyata keçirdiyi uçuşların sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.
Oxu24.com xəbər verir ki, bunu Bakı İqlim Həftəsi çərçivəsində keçirilən “Karbon bazarları vasitəsilə iqlim maliyyəsinin genişləndirilməsi” mövzusunda panel müzakirəsində “Azərbaycan Hava Yolları” QSC-nin ESG məlumatlarının idarə edilməsi üzrə biznes tərəfdaşı Məhəmməd Əliyev bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə AZAL il ərzində təxminən 18 min uçuş həyata keçirirdisə, 2025-ci ildə bu göstərici 35 mini ötüb.
M.Əliyev qeyd edib ki, aviasiya sektorunda sərnişin sayının, yeni marşrutların və uçuşların artması ilə yanaşı, iqlim və emissiya tələbləri də genişlənir.
“Karbon artıq yalnız ekoloji məsələ deyil. O, biznes və maliyyə qərarlarına təsir edən amilə çevrilir. Karbon bazarı satınalma, yanacaq strategiyası, yanacağın planlaşdırılması və uzunmüddətli investisiya qərarlarına təsir edir”, – deyə o bildirib.
AZAL rəsmisi vurğulayıb ki, karbon qiymətlənməsi genişlənsə də, hazırda vahid qlobal sistem formalaşmayıb və müxtəlif ölkə və regionlarda fərqli metodologiyalar tətbiq olunur.
O həmçinin bildirib ki, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq əməkdaşlığın rolu artır. Bu mexanizm emissiyaların azaldılması nəticələrinin bir ölkədə formalaşaraq beynəlxalq səviyyədə istifadə edilməsinə imkan verir.
M.Əliyev əlavə edib ki, karbon kreditlərinin istifadəsində də yanaşma dəyişib. Hazırda yalnız kreditin qiyməti deyil, onun növü, metodologiyası, yoxlama tələbləri və hansı məqsədlə istifadə oluna bilməsi əsas əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, aviasiyada bütün növ karbon kreditlərindən istifadə etmək mümkün deyil və ICAO bu istiqamətdə uyğunluq meyarları müəyyən edib.
AZAL nümayəndəsi şirkətin 2050-ci ilədək xalis sıfır emissiya strategiyasından da danışıb. O bildirib ki, emissiyaların azaldılmasında əsas istiqamətlər yeni və daha səmərəli təyyarələrin alınması, dayanıqlı aviasiya yanacağından istifadə və uçuşların daha optimal idarə edilməsidir.
M.Əliyevin sözlərinə görə, yeni təyyarələrin istifadəsi emissiyaları 15–20% azaltmağa imkan verir. Bundan başqa, ötən ildən Avropa istiqamətində uçuşlarda 2% dayanıqlı aviasiya yanacağının istifadəsi tətbiq olunur və bu göstəricinin 2050-ci ilədək təxminən 30%-ə çatdırılması nəzərdə tutulur.
O qeyd edib ki, karbon bazarı dekarbonizasiya strategiyasının bütövlükdə əvəzi deyil, onun tərkib hissələrindən biridir.
21:33 / 27 Oktyabr 2026
1
21:14 / 27 Oktyabr 2026
100
21:09 / 27 Oktyabr 2026
47
21:01 / 27 Oktyabr 2026
54
20:59 / 27 Oktyabr 2026
73
20:40 / 27 Oktyabr 2026
299
20:35 / 27 Oktyabr 2026
53
20:35 / 27 Oktyabr 2026
73
20:27 / 27 Oktyabr 2026
85
20:13 / 27 Oktyabr 2026
72
19:57 / 27 Oktyabr 2026
93
19:39 / 27 Oktyabr 2026
88
19:19 / 27 Oktyabr 2026
208
19:01 / 27 Oktyabr 2026
199
18:54 / 27 Oktyabr 2026
92
18:49 / 27 Oktyabr 2026
488
18:46 / 27 Oktyabr 2026
84
18:41 / 27 Oktyabr 2026
83
18:34 / 27 Oktyabr 2026
89
18:30 / 27 Oktyabr 2026
97
18:23 / 27 Oktyabr 2026
85
18:20 / 27 Oktyabr 2026
90
18:05 / 27 Oktyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.