Bəzi yerlərdə külək güclənib
14 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
284
07.09.2026, 12:05
3 sentyabr 2026-cı il tarixində Daşkənd şəhərində “Türk dünyasının mənəvi irsi: ədəbiyyat – dövrlər və nəsillər arasında dialoq” adlı Özbəkistan və Qazaxıstan Yazıçıları Forumu çərçivəsində bir sıra görkəmli şəxsiyyətlərə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının mədəni və humanitar əməkdaşlığının inkişafına, ümumi mənəvi dəyərlərin qorunub saxlanılmasına və təbliğinə verdikləri töhfələrə görə “Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı təqdim edilib.
Fəxri ada Özbəkistan Respublikası Prezidentinin müşaviri Xayriddin Sultonov, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Özbəkistan Respublikasının Mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar İttifaqının sədri Sirojiddin Sayyid və Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenov layiq görülüblər.
Fəxri ad Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Prof. Aktotı Raimkulova tərəfindən təqdim edilib.
Xatırladaq ki, bu fəxri ada 2025-ci ildə ilk dəfə dünya şöhrətli TURAN musiqi kollektivi layiq görülüb.
“Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı türk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verən şəxsiyyətlərin xidmətlərinin xüsusi təqdir edilməsinin göstəricisidir.



11:58 / 14 Noyabr 2026
1
11:50 / 14 Noyabr 2026
25
11:39 / 14 Noyabr 2026
50
11:32 / 14 Noyabr 2026
67
11:19 / 14 Noyabr 2026
70
11:09 / 14 Noyabr 2026
74
11:00 / 14 Noyabr 2026
90
10:58 / 14 Noyabr 2026
81
10:46 / 14 Noyabr 2026
88
10:36 / 14 Noyabr 2026
84
10:17 / 14 Noyabr 2026
79
09:59 / 14 Noyabr 2026
99
09:46 / 14 Noyabr 2026
108
09:30 / 14 Noyabr 2026
99
09:29 / 14 Noyabr 2026
122
09:23 / 14 Noyabr 2026
123
08:09 / 14 Noyabr 2026
1557
01:15 / 14 Noyabr 2026
170
00:40 / 14 Noyabr 2026
328
00:02 / 14 Noyabr 2026
1274
23:58 / 13 Noyabr 2026
191
23:49 / 13 Noyabr 2026
192
23:40 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.