Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
417
06.09.2026, 19:44
Bu ay Azərbaycanda 3 internet operator və provayderinin uçotu ləğv edilib.
Oxu24.com -un əldə etdiyi məlumata görə, sözügedən şirkətlər “Bynet” MMC, “Tele5" MMC, “Q-net” MMC-dir.
Uçotların ləğv edilmə səbəbi bu operator və provayderlərin fəaliyyətini dayandırımasıdır.
“Bynet” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Rauf Əhmədlidir. Şirkət 2023-cü ilin may ayında uçota alınıb.
“Q-net” MMC-nin nizamnamə kapitalı 500 manat, qanuni təmsilçisi Əmrah Kəlbiyevdir. Şirkət ötən ilin dekabr ayında internet operator kimi uçota alınıb.
“Tele5” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Azad Dursunovdur. Şirkət 2023-cü ilin noyabr ayında uçota alınıb. Qeyd edək ki, A.Dursunov “Fizza Pay” MMC-nin (fpay.az) direktoru və “BOSS GROUP” MMC-nin təsisçisidir.
Ümumilikdə bu il ərzində Azərbaycanda 15 internet operator və provayderinin uçotu ləğv olunub.
Bunlardan 4-nün uçotunun ləğv edilmə səbəbi hüquqi şəxsin yenidən təşkili olub. Sözügedən şirkətlər “AG Telekom” MMC (“Uninet” MMC-yə qoşulma), “Rahat Telekom” MMC (“AG TELEKOM” MMC-yə qoşulma), “SN Telecom” MMC (“AG Telekom” MMC-yə qoşulma), “Megalink” MMC-dir (“Uninet” MMC-yə qoşulma).
2 şirkətin uçotu uçota alınma üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatların aşkar edilməsi səbəbilə ləğv edilib. Bunlar “Bilev Net” MMC və “Premiumnetaz” MMC-dir.
Digər 9 şirkətin isə fəaliyyətini dayandırma səbəbilə uçotu ləğv olunub. “Beeonline” ASC, “Sky Net” MMC, “Vvorld line” MMC, “Portflix” MMC, “Naxtel” MMC, “Bronet” MMC, “Ailəmnet" MMC, “Robonet” MMC, “Bravo technologies” MMC-dir.
Məlumat üçün deyək ki, Azərbaycanda internet operator və provayderlərinin uçota alınmasını və uçotunun ləğvini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.