Onlar varlanacaqlar
04 Oktyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1552
04.09.2026, 13:11
Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər.
Oxu24.com xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər.
Lakin telefonda iki SIM-kart yuvası və ya bir SIM-kart yuvası ilə e-SIM dəstəyi varsa, bu müddət 8 aya qədər uzanır.
Belə ki, 4 ay fiziki SIM-kartdan, növbəti 4 ay isə e-SIM və ya ikinci fiziki SIM-kart yuvasından istifadə olunur.
Xaricdə satılan telefonlar Türkiyə ilə müqayisədə daha ucuzdur. Bəzi vergilərin olmaması və "Tax Free" avantajı ilə ödənilən ƏDV-nin ölkədən çıxarkən nağd və ya karta geri qaytarılması qeydiyyatsız telefon almağı cəlbedici edir.
Məlumata görə, xaricdən alınan telefona yerli operatorların SIM-kartı taxıldıqda 120 günlük qanuni istifadə müddəti başlayır.
Amma buradakı ən kritik məqam müddətin karta taxıldığı andan deyil, İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən göndərilən rəsmi xəbərdarlıq SMS-inin gəldiyi tarixdən etibarən hesablanmasıdır.
SMS gəldikdən sonra 4-cü ayın tamamında telefon şəbəkəyə bağlanır. Bu zaman e-SIM və ya ikinci SIM-kart yuvasına keçid edilərək daha 4 ay istifadə imkanı yaranır. İkinci mərhələdə də 4 aylıq müddət xəbərdarlıq mesajı gəldikdən sonra hesablamağa başlayır.
Nümunə üçün, telefon 1 mayda alınıbsa, ilk 4 aylıq dövr 31 avqustda başa çatır. İkinci SIM-kart və ya e-SIM-ə keçdikdə isə 1 sentyabr – 31 dekabr tarixləri arasında növbəti 4 ay tamamlanır. Lakin bu nöqtədən sonra yeni təqvim ili başladığı üçün cihazı növbəti ilin 1 yanvar - 31 avqust tarixləri arasında da istifadə etmək mümkün olur. Beləliklə, istifadəçilər telefonu aralıqsız 16 ay işlədə bilirlər.
16 aylıq müddət bitdikdən sonra telefon ya xaricdə ikinci əl kimi, ya ölkə daxilində ehtiyat hissəsi kimi dəyərindən ucuz satılır, ya da rəsmi qeydiyyat rüsumu ödənilərək leqallaşdırılır.
Android əməliyyat sistemli telefonlara qanunsuz yolla IMEI kodu yazılaraq istifadəsi təmin edilir. İşlək və ucuz telefonların IMEI kodları xaricdən gətirilən son model cihazlara köçürülür və bağlanma riski olmadan işlədilir. Android telefonlara IMEI yazılması təxminən 1000–2000 lirəyə başa gəlir. iOS (iPhone) sistemli cihazlarda isə bu əməliyyatı etmək mümkün deyil.
Yeni təqvim ilinə keçildikdə "qara siyahı"ya düşmüş telefonların yenidən şəbəkəyə qoşulması 5 günə qədər vaxt apara bilər.
Qeyd edək ki, 2026-cı ildən etibarən Türkiyədə xaricdən gətirilən telefonların IMEI qeydiyyat rüsumu 54 min 258 lirə təşkil edir.(Musavat.com)
21:07 / 04 Oktyabr 2026
28
20:53 / 04 Oktyabr 2026
47
20:43 / 04 Oktyabr 2026
46
20:21 / 04 Oktyabr 2026
50
20:06 / 04 Oktyabr 2026
81
19:55 / 04 Oktyabr 2026
61
19:44 / 04 Oktyabr 2026
177
19:23 / 04 Oktyabr 2026
65
19:16 / 04 Oktyabr 2026
110
19:09 / 04 Oktyabr 2026
100
18:44 / 04 Oktyabr 2026
92
18:34 / 04 Oktyabr 2026
71
17:50 / 04 Oktyabr 2026
95
17:45 / 04 Oktyabr 2026
89
17:35 / 04 Oktyabr 2026
93
17:30 / 04 Oktyabr 2026
601
17:23 / 04 Oktyabr 2026
503
17:20 / 04 Oktyabr 2026
65
16:58 / 04 Oktyabr 2026
3184
16:56 / 04 Oktyabr 2026
425
16:55 / 04 Oktyabr 2026
291
16:53 / 04 Oktyabr 2026
602
16:51 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.