Nazirliyin əməkdaşı qəfil vəfat etdi
14 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
557
03.09.2026, 22:53
"Səhiyyə sisteminin dayanıqlığı və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti birbaşa kadrların peşəkarlığından, məsuliyyətindən, motivasiyasından və işgüzarlığından asılıdır. Bu mənada əməkhaqqının artırılması təkcə işçilərin sosial müdafiəsi və əmək hüquqları baxımından deyil, həm də Azərbaycanda əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir".
Oxu24.com xəbər verir ki,bunu "Unikal"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib. O bildirib ki, əməkhaqlarının artırılması TƏBİB sistemində aparılan islahatların tərkib hissəsidir, digər islahatlar da aparılmalıdır və aparılacaqdır.
"Heç şübhəsiz ki, tibbi xidmətin keyfiyyətinin artırılması təkcə əməkhaqqının artırılmasından asılı deyil. Söhbət əməkhaqqının həm də diferensial qaydada artırılmasından ibarətdir və burada təxminən 4 istiqamət nəzərə alınmalıdır. Həkimin və yaxud orta tibb işçisinin sabit əməkhaqqı. Bu, ümumi əməkhaqqının təxminən 60-65%-ni təşkil etməlidir. Bu, işçinin təminatına dövlət zəmanətidir. Digər 35-40%-lik hissə isə işçinin qəbul etdiyi xəstələrin sayı, tibbi xidmətin keyfiyyəti, tibbi xidmətin nəticəsi, xəstə məmunluğu və həkimin (və ya orta tibb işçisinin) peşə hazırlığı, öz biliyini, savadını artırmaq istiqamətindəki fəaliyyətinin qiymətləndirilməsi nəticəsində verilə bilər. Əməkhaqqının artırılması sadəcə bir rəqəm dəyişikliyi deyil, bu, islahatların tərkib hissəsidir və əsas məqsəd burada tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək amillərin artması, motivasiyanın güclənməsi və iş yerlərində, eyni zamanda, əmək intizamının möhkəmlənməsinə xidmət edəcəkdir. İş yerində müvafiq əmək şəraitinin yaradılması tibbi xidmətin yüksəlməsinə müsbət təsir göstərəcək. Tutaq ki, həkimin, tibb işçisinin əməkhaqqı yuxarıdır, amma onun lazımi iş şəraiti yoxdur, daim orada stres şəraiti var, gərginlik var, normal psixoloji-işgüzar mühit yoxdur və yaxud ki, lazımi müasir avadanlıqlar yoxdur, xəstələri qəbul etmək və yaxud müayinələr aparmaq üçün uzun növbələr var. Bu da tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Yəqin ki, islahatlar dövründə bu problemlər də TƏBİB-in nəzərindədir və bunlar da aradan qalxacaqdır.
Bütövlükdə, bu islahatlar yəqin ki, davamlı olacaq və gələcəkdə eyni şəkildə maaş artımlarını biz həm də dövlət sektorunda, yəni, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, səhiyyədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində və digər sahələrdə çalışan tibb işçilərinin əməkhaqqılarında görəcəyik. TƏBİB sahəsində çalışan işçilərin əməkhaqqının artması şübhəsiz ki, özəl tibb sektorunda da əməkhaqqı siyasətinə daha aktual baxılmasına öz müsbət təsirini göstərəcək".
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.