"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1558
30.08.2026, 15:29
Əmək məzuniyyəti ilə bağlı ən çox verilən suallardan biri də istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın alınması ilə bağlıdır. Aydındır ki, işçinin əmək müqaviləsinə xitam verilərkən onun istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilir. Bəs işini davam edən işçiyə necə, belə bir hüquq tanınırmı? Bu halda kompensasiya necə ödənilir?
Oxu24.com xəbər verir ki, suallara iqtisadçı ekspert Emin Səttarov aydınlıq gətirir.
İşçinin məzuniyyətini istifadə etmək əvəzinə pul ala bilməsi cari iş ilinin bitib-bitməməsindən asılıdır. Hələ başa çatmamış iş ili üçün pul almaq mümkün deyil. Əmək Məcəlləsi işəgötürənə işçiyə məzuniyyət verməməyi birbaşa qadağan edir. Bu, real istirahət kimi verilməlidir.
Burada bir incəlik var. "İş ili bitənə qədər məzuniyyətini mütləq istifadə etməlisən" fikri tam dəqiq deyil. Qanun üç variant tanıyır:
- Cari iş ili bitənə qədər məzuniyyət hüququndan istifadə etmək;
- Təqvim ilinin sonuna qədər istifadə etmək;
- Yaxud işçinin öz istəyi ilə növbəti ilin məzuniyyətinə birləşdirmək.
Qanunvericiliyin tələbləri çərçivəsində məzuniyyəti hissələrə bölmək olar, amma iki şərtlə. Bunu işçi özü istəməli, işəgötürən də razı olmalıdır. Hissələrdən ən azı biri 14 gündən az olmamalıdır. Tutaq ki, işçinin 30 gün məzuniyyət hüququ var. Onu hissələrə belə bölmək olar:
30 gün = 14+16 gün;
30 gün = 14+8+8 gün.
Amma 10+10+10 olmaz, çünki heç bir hissə 14 günə çatmır.
Bitmiş iş illəri ilə bağlı vəziyyət isə tamam başqadır. Başa çatmış iş ilinin istifadə edilməmiş günlərinin hamısı pulla əvəz oluna bilər.
İndi əsl sual budur: 30 günün 20 günü kompensasiya, 10 günü isə məzuniyyət kimi rəsmiləşdirilsə, 14 gün qaydası pozulurmu?
Burada qayda pozulmur. Bunun iki səbəbi var.
Birincisi, 14 gün qaydası yalnız məzuniyyət günlərlə bölünüb veriləndə işləyir. Kompensasiya məzuniyyətin hissəsi deyil, ayrıca ödənişdir. Bu halda məzuniyyət iki hissəyə bölünmür. Sadəcə, 10 gün verilir, qalanı isə, ümumiyyətlə, verilmir, pulla əvəz olunur.
İkincisi və ən sadə izah budur. Həmin ilin 30 gününün hamısını pul kimi almaq qanunidir, yəni işçi, ümumiyyətlə, istirahət etməyə bilər. Əgər sıfır gün istirahət qanunidirsə, 10 gün istirahət necə qanunsuz sayıla bilər? 10 gün işçi üçün sıfır gündən daha yaxşıdır. Amma diqqət yetirin: bu məntiq yalnız bitmiş iş illərinə aiddir. Cari il üçün 20 gün pul, 10 gün məzuniyyət sxemi işləmir.
Qısaca desək, cari iş ili istirahət üçündür. Keçmiş illər isə həm istirahət, həm də kompensasiya kimi rəsmiləşdirilə bilər.
Vergiler.az
01:20 / 13 Oktyabr 2026
70
00:44 / 13 Oktyabr 2026
373
00:38 / 13 Oktyabr 2026
148
00:35 / 13 Oktyabr 2026
405
00:33 / 13 Oktyabr 2026
96
00:13 / 13 Oktyabr 2026
120
00:08 / 13 Oktyabr 2026
233
00:07 / 13 Oktyabr 2026
183
00:05 / 13 Oktyabr 2026
131
23:56 / 12 Oktyabr 2026
103
23:49 / 12 Oktyabr 2026
189
23:46 / 12 Oktyabr 2026
892
23:32 / 12 Oktyabr 2026
138
23:25 / 12 Oktyabr 2026
116
23:17 / 12 Oktyabr 2026
146
23:16 / 12 Oktyabr 2026
120
23:14 / 12 Oktyabr 2026
200
23:04 / 12 Oktyabr 2026
92
23:04 / 12 Oktyabr 2026
1257
23:01 / 12 Oktyabr 2026
130
22:54 / 12 Oktyabr 2026
140
22:43 / 12 Oktyabr 2026
148
22:42 / 12 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.