"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
202
27.08.2026, 12:51
Həqiqətən də, hər şeyin öz vaxtı, vədəsi var. Zamanı gələndə istəsən də, istəməsən də baş verir. Bu, həyatın, təbiətin qanunudur. Havalar yavaş-yavaş sınmağa başlayır. Nə qədər Günəş öz hökmünü göstərməyə çalışsa da, işıldayıb torpağa od ələmək istəsə də, hava o hava deyil.
Haradasa uzaqlardan payızın qoxusu gəlir. Hiss edirsən ki, çoxu gedib, azı qalıb.
Yayın da vaxtına çox qalmayıb. Daha o yandırıcı istilər də öz effektini, gücünü itirir. Müvəqqətidir, son çırpınışlarıdır. Neyləsədə, necə etsə də getmək məcburiyyətindədir.
Deməli, bir Yayı da beləcə yola salırıq. Ömürdən, gündən gedir. Necə gedir, hansı izləri qoyur, daha o, bizə aiddir. Özümüz bilirik. Kiminə xoş, kiminə də naxoş...
Amma qarşıda qızılı Payız var. Fəsillərin bərəkəti, dadı-duzu. Biraz çılğın, biraz dəli, biraz da sakiti. Kövrək notlar üzərində gəzişən bu fəsil, insan ruhunun dincliyi, rahatlığıdır.
Məsələn, payızda yağan yağış digər fəsillərdə yağan qədər romantik olmur. Elə bil, içindəki bütün ağrılar, sızıltılar və sıxıntılar yağan yağışlarla birləşir.
Havada bir eşq qoxusu var misalı da bu fəslin boyuna biçilib. Payız eşq fəslidir, məhəbbət havasıdır. Nə qədər sevdalar göyərir bu çağda. Əbəs yerə Payızı toylar fəsli adlandırmırlar. Xoşbəxtlik çağı, sevgilərin, eşqlərin qovuşduğu məqamdır, vaxtdır. Mənə belə gəlir ki, əsl eşqlər də elə bu fəsildə başlayır. Məqamın ovqatı, romantikliyi sevənləri öz ağuşuna alır.
Şairlərin ən kövrək şeirləri, bəstəkarların ən həzin musiqisi, sevgilərin ən alisi də bu çağda yaranıb desəm, yanılmaram yəqinki.
Hər budaqdan üzülən saralmış yarpaqlar torpağa qovuşduqca xatirəyə dönür. Çiçəklərin köksünə düşən şeh, son tumurcuqlarını da təslim etməyə çalışan çiçək, əlçatmaz yerlərdə yetişib, dərilməsini gözləyən meyvə də insana sığınır elə bil.
Payız hər halı ilə gözəldir. Çoxlarımız gəncliyimizdə Payızı sevmirik. Amma zaman keçdikcə, yaş üstünə yaş gəldikcə, vuruluruq bu fəsilə. Özü kimi bizi də romantikaya kökləyir. Ruhumuz dinclik, sakitlik axtarır. Ən kritik anlarda arzulayırıq ki, kaş uzaqda, meşənin içində bir daxma olaydı. Payız yağışlarında islanıb, qaçaydıq o bacasından burula-burula tüstü qalxan komaya. Pəncərə önündə oturub, damlaların səsinə qulaq asaydıq. Sobada yanan odunun çırtaçırtla yanması, çöldə islanmış sərçələrin civiltisi də xoş təsir göstərəydi bizə. Arada güruldayıb, hökmünü, gücünü torpağa göstərməyə çalışan şimşəklərin səsindən də qorxmayaydıq.
Payız sevgi fəslidir...
Ramidə Yaqubqızı
03:05 / 13 Oktyabr 2026
534
01:20 / 13 Oktyabr 2026
141
00:44 / 13 Oktyabr 2026
1392
00:38 / 13 Oktyabr 2026
220
00:35 / 13 Oktyabr 2026
1035
00:33 / 13 Oktyabr 2026
161
00:13 / 13 Oktyabr 2026
194
00:08 / 13 Oktyabr 2026
430
00:07 / 13 Oktyabr 2026
278
00:05 / 13 Oktyabr 2026
218
23:56 / 12 Oktyabr 2026
124
23:49 / 12 Oktyabr 2026
259
23:46 / 12 Oktyabr 2026
1160
23:32 / 12 Oktyabr 2026
159
23:25 / 12 Oktyabr 2026
140
23:17 / 12 Oktyabr 2026
359
23:16 / 12 Oktyabr 2026
151
23:14 / 12 Oktyabr 2026
265
23:04 / 12 Oktyabr 2026
107
23:04 / 12 Oktyabr 2026
1471
23:01 / 12 Oktyabr 2026
164
22:54 / 12 Oktyabr 2026
162
22:43 / 12 Oktyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.