İmişlidə ağır qəza - ÖLƏN VAR
21 Avqust 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
218
19.08.2026, 14:30
Müasir hərbi münaqişələrin dinamikası göstərir ki, döyüş meydanında texnoloji üstünlük həlledici amilə çevrilib. Xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi ənənəvi müharibə taktikalarını kökündən dəyişərək yeni hərbi paradiqma yaradıb. Bu müstəvidə düşmənin rabitə və GPS sistemlərini sıradan çıxaran Elektron Müharibə (EM) vasitələrinin rolu günbəgün artmaqdadır. Hava hücumundan müdafiə və müşahidə sistemlərinin effektivliyini zərərsizləşdirmək artıq fiziki zərbələr qədər, hətta bəzi hallarda ondan daha böyük strateji əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların taleyini getdikcə daha çox informasiya və elektron üstünlük müəyyənləşdirir. Məhz bu səbəbdən gələcəyin müharibələrində görünməz elektron zərbələr orduların əsas güc mənbəyinə çevrilməkdədir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Elmar Hüseynov PUA-ların üstünlüklərini və elektron müharibənin artan rolunu şərh edib:
"Pilotsuz uçuş aparatlarının tətbiq edilməsi daha çox maliyyə cəhətdən çox spesifik xüsusiyyətlərə malikdir. Belə ki, bir qırıcı təyyarənin, eləcə də bombardmançı və kəşfiyyatçı təyyarənin hazırlanması, döyüşdə tətbiq edilməsi böyük zaman, böyük pilot heyəti, eləcə də mütəxəssislərin hazırlanması və sonda təhlükəli vəziyyətdən çıxma — yəni döyüşdən çıxma təhlükəsizliyi baxımından əlverişli olmadığı üçün PUA-lara üstünlük verilir”.
Ekspert qeyd edib ki, PUA-lar hərbi münaqişələrdə, o cümlədən də son müharibələrdə öz effektivliyini göstərməkdə davam edir:
“Bayraktar TB2", eləcə də digər PUA-ların 44 günlük Vətən müharibəsi dönəmində tətbiqi dünya hərbi sisteminin dəyişilməsi ilə nəticələndi. Bu tip pilotsuz uçuş aparatlarının GPS sistemindən istifadə olunması hədəflərin aşkarlanmasının dəqiqliyini təmin edir”.
Yekunda Elmar Hüseynov əlavə edib ki, PUA-ların istehsalı və istismarı qırıcı təyyarələrdən və hava hücumundan müdafiə sistemlərindən qorunma effektivliyinə görə daha üstün bir hərbi vasitə kimi qiymətləndirilir.
Çimnaz Telmanqızı
23:49 / 21 Avqust 2026
1
23:00 / 21 Avqust 2026
31
22:39 / 21 Avqust 2026
32
22:25 / 21 Avqust 2026
54
22:11 / 21 Avqust 2026
61
21:57 / 21 Avqust 2026
72
21:30 / 21 Avqust 2026
65
20:56 / 21 Avqust 2026
71
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
93
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.