Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
414
14.08.2026, 11:59
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kişilərin orta ömür müddətinin qadınlarla müqayisədə daha qısa olması diqqət çəkən əsas sosial-demoqrafik təzahürlərdən biridir. Bu fərqin yaranmasında bioloji amillərlə yanaşı, cəmiyyətin kişilər üçün müəyyənləşdirdiyi sosial rollar, ağır iş yükü və formalaşmış gender stereotipləri həlledici rol oynayır. Ailənin maddi təminatını tam olaraq öz üzərinə götürmək məcburiyyəti, davamlı sosial-iqtisadi gərginlik və emosiyaların büruzə verilməməsi tələbi kişilərin səhhətində ciddi fəsadlar yaradır. Nəticədə uzunmüddətli stres, ürək-damar xəstəlikləri və digər səhhət problemləri kişilərin ömür müddətini əhəmiyyətli dərəcədə qısaldır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, kişilərin gərgin həyat yaşaması və bütün problemləri öz üzərinə götürməsi cəmiyyətdə təbii bir xüsusiyyət kimi qəbul edilir:
“Kişilərin bütün dünyada olduğu kimi Azərbaycanda da kənar təsirlərə məruz qalmaları, xüsusən sosial-iqtisadi motivlərlə bağlı müxtəlif çətinliklərlə üzləşmələri onların yaşam keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir”.
Onun sözlərinə görə, bu Azərbaycanda gender fərqinin kəskinləşməsi və iki tendensiyanın qarşı-qarşıya durması gərginliyin nəticəsidir:
“Kişilərin yaşama potensialı daha yüksək olsa da, davamlı stres, ailədə və işdə zəruri rahatlığı tapmamaq, uzunmüddətli müharibə və münaqişə şəraiti onları daha çox kövrəkləşdirir.
Təəssüf ki, cəmiyyətimizdə bəzən kişilərə lazım olduğundan daha artıq yük yükləyirlər. 'Kişisən, get qazan', 'Kişisən, döz' kimi yanaşmalar onların daxili gərginliyini artırır. Hətta müəyyən peşəkar psixologiyada belə emosional davranışlar yalnız qadın xüsusiyyəti kimi dəyərləndirilir, kişilərin özünüifadəsi arxa plana keçirilir. Bu, çox qeyri-real və absurd yanaşmadır”.
Naib Niftəliyev qeyd edib ki, bütün bu psixoloji və sosial təzyiqlər səbəbindən Azərbaycanda kişilərin çoxu 65 yaşına — təqaüd dövrünə qədər yaşaya bilmir. Bu, faktiki olaraq pensiya yaşına çata bilməmək deməkdir. Əmlak, aliment və boşanma məsələlərində də mübahisəli məqamlar çox vaxt birtərəfli həll olunur ki, bu da kişini həyatın şirinliyindən məhrum edir, səhhətinə ağır zərbə vurur.
Sosioloq sonda əlavə edib ki, qadın orqanizmi stresə daha dözümlüdür, kişilər isə fiziki yükdən çıxa bilsələr də, emosional gərginlik yükünün altından çıxa bilmirlər. Kişilərə verilən stereotiplər və gözləntilərlə qayğı arasındakı təzad getdikcə dərinləşir. Bu da kişilərin erkən yaşlanmasına, infarkt və digər ağır xəstəliklərdən dünyasını dəyişməsinə gətirib çıxarır.
Çimnaz Telmanqızı
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.