1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
172
13.08.2026, 14:30
Müasir cəmiyyətdə hər bir fərddən qanunlara əməl etmək, ictimai qaydalara riayət etmək və yüksək sosial məsuliyyət nümayiş etdirmək gözlənilir. Bəs əslində “yaxşı vətəndaş” anlayışının sərhədlərini kim müəyyənləşdirir və bu obraz insanların şüurunda necə formalaşır? Ailə, məktəb, media, sosial çevrə və bədii ədəbiyyatın fərdin vətəndaş kimliyinin yetişməsində rolu nə dərəcədə böyükdür? Günümüzdə milli dəyərlərə zidd olan subliminal mesajlar və kosmopolit iddialar gənclərin düşüncəsinə necə təsir edir? Bu kimi vacib suallara cavab tapmaq üçün mövzunu mütəxəssis baxışı ilə təhlil etməyə ehtiyac yaranır. Oxu24.com-un növbəti həmsöhbəti sosioloq Üzeyir Şəfiyevdir.
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüb. O bildirib ki, “ideal vətəndaş” о vətəndaşdır ki, vətənin dar günündə, çətin günündə vətən daşı olmağı bacarsın. Yəni vətənin harayına, vətənin səsinə və vətənin çağırışına hər an əsgər kimi hazır olsun. Və düşünməsin ki, vətən onun üçün nə edib, düşünməlidir ki, mən vətən üçün nə edə bilərəm. İdeal vətəndaş portret cizgiləri məhz belə olmalıdır.
Onun sözlərinə görə, belə vətəndaş obrazını da, belə vətəndaş kimliyini də ailə, məktəb, cəmiyyət, media, kütləvi informasiya vasitələri və ən güclü təsir imkanlarına malik olan bədii ədəbiyyat yarada bilər:
“Vətən insanın əbədi və əzəli sığınacağı, güvəndiyi dəyərdir və vətənsiz, yurdsuz insan özünə və həyata güvənsiz ola bilər.
Ona görə hesab edirəm ki, ideal vətəndaş məhz vətənin, yurdun ağrılarını içindən keçirməyi bacaran, onu duyan, vətəni gözləyə biləcək təhdidlərin qarşısını almağa hazır olan, vətənin, yurdun gücünə güc qatan bir insandır əsl vətəndaş, ideal vətəndaş. Və hər daim bunu insanlara təlqin və təbliğ etmək lazımdır”.
Sosioloq qeyd edib ki, insanlara müxtəlif güc mərkəzləri oyunlar,seriallar, cizgi filmləri vasitəsilə vətənsizlik, kosmopolit ideyaları təlqin etmək istəyirlər:
“Bu istiqamətdə sayıq olmaq lazımdır ki, belə subliminal mesajlar göndərən, insanların beynini, düşüncəsini yuyan təbliğ və təşviq alətlərinin qarşısını almaq lazımdır. Ona görə sosial şəbəkələrdə də süzgəc mexanizmləri olmalıdır, tətbiq olunmalıdır. İdxal olunan ədəbi əsərlər filtr olunmalıdır, süzgəcdən keçirilməlidir ki, belə dəyərlər aşılayan əsərlər ölkəmizə yol tapmamalıdır”.
Üzeyir Şəfiyev vurğulayıb ki, daha çox vətənpərvərlik mövzularında əsərlər, eyni zamanda vətən ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda həlak olmuş şəhidlərimizin və qazilərimizin təbliğ-təşviqinə hər daim ehtiyac var, onların həmişə məqamı yüksək olmalıdır. Bu, ailələrdə də, məktəblərdə də, mediada da, cəmiyyətdə də belə olmalıdır:
“Vətənin uğrunda döyüşən, canlarını fəda edən insanların hər daim müqəddəs, əziz tutulması, güman edirəm ki, vətəndaş kimliyinin formalaşmasında çox böyük əhəmiyyətə malik ola bilər. Ona görə biz hər daim bu məqamları diqqətdə saxlamalıyıq. 44 gün davam edən və zəfərlə başa çatan İkinci Qarabağ savaşının həm arxa cəbhə, həm ön cəbhədəki hadisələrini, Azərbaycan xalqının fədakarlığını müxtəlif vasitələrlə, müasir innovativ texnologiyalar vasitəsilə uşaq və yeniyetmələrə, gənclərə çatdırmaq, ötürmək və sosial varislik yolu ilə onu gələcək nəsillərə ötürmək ideal vətəndaş obrazının gələcək nəsillərdə formalaşmasına töhfə verə bilər”.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.