Bu gün 38 dərəcə isti gözlənilir
31 İyul 2026, 09:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
122
30.07.2026, 13:45
Paytaxtda və ölkənin müxtəlif ərazilərində avtomobil saxlanılması məsələsi sürücülər üçün hər zaman aktual mövzulardan biri olaraq qalır. Xüsusilə küçə parklanması ilə ticarət mərkəzlərində tətbiq olunan tariflər arasındakı fərqlər tez-tez cəmiyyətdə müzakirələrə səbəb olur. Çox vaxt sürücülər özəl məkanlarda qiymətlərin hansı mexanizmlərlə müəyyənləşdiyini tam dərk etməkdə çətinlik çəkirlər. Bəs küçə parklanması ilə ticarət mərkəzlərinin dayanacaqları arasında əsas fərq nədir və bu qiymətlər necə tənzimlənir? Ticarət mərkəzlərində tətbiq olunan qiymət artımı sırf mənfəət məqsədi daşıyır, yoxsa sıxlığın qarşısını almaq üçün bir nəqliyyat mexanizmidir? Oxu24.com mövzunun incəliklərini öyrənmək üçün mütəxəssis rəyinə müraciət edib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, küçə parklanması ilə ticarət mərkəzlərinin dayanacaqları arasında ən təməl fərq onların idarəetmə və mülkiyyət formasındadır.
Ekspertin sözlərinə görə, küçə parklanmalarının idarə olunması və tənzimlənməsi dövlət tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) həvalə olunub. Ticarət mərkəzləri və bu kimi digər məkanlar isə özəl mülkiyyətdir.
"Ticarət mərkəzlərində parkinq qiymətini birbaşa həmin mərkəzin rəhbərliyi və ya onların aid olduğu şirkətlər qrupu müəyyən edir. Burada ödəniş mexanizmi 'AzParking' sisteminə tapşırıla bilsə də, qiymət siyasətinə dövlət qurumu müdaxilə etmir. Analoji hal hava limanlarında da müşahid olunur; orada da tarifləri birbaşa aeroport rəhbərliyi təyin edir”.
Raqif Raufoğlu qeyd edib ki, özəl parkinqlərdə qiymətlər tam olaraq tələb və təklif balansına əsasən formalaşır. Ticarət mərkəzlərinin qiyməti artırmasında əsas məqsəd təkcə qazanc əldə etmək deyil, dayanacaqdakı sıxlığı idarə etməkdir:
“Məkanın tutumu məhdud olduğu halda, nəqliyyat vasitələrinin axını həddindən artıq çox olur. Bir çox sürücülər avtomobillərini ticarət mərkəzinin dayanacağında saatlarla, hətta günlərlə saxlayaraq gedirlər. Qiymətin 1 manatdan 2 manata və ya daha yuxarı qaldırılması gələnlərin işlərini yekunlaşdırıb məkandan tez ayrılmasını təmin etməyə hesablanıb.
Yüksək tariflər vasitəsilə həqiqi ticarət mərkəzi müştəriləri üçün boş yerlərin tapılması asanlaşdırılır”.
Ekspert əlavə edib ki, əgər ticarət mərkəzləri aparılan müşahidələr nəticəsində avtomobil axınının və tələbatın azaldığını görərlərsə, qiymət siyasətinə yenidən baxıb tarifləri endirə də bilərlər.
Çimnaz Telmanqızı
09:45 / 31 İyul 2026
1
09:38 / 31 İyul 2026
27
09:34 / 31 İyul 2026
29
09:31 / 31 İyul 2026
29
09:18 / 31 İyul 2026
41
09:15 / 31 İyul 2026
44
09:13 / 31 İyul 2026
43
09:08 / 31 İyul 2026
41
09:06 / 31 İyul 2026
55
09:02 / 31 İyul 2026
50
01:07 / 31 İyul 2026
91
01:00 / 31 İyul 2026
89
00:52 / 31 İyul 2026
95
23:57 / 30 İyul 2026
5462
23:56 / 30 İyul 2026
96
23:22 / 30 İyul 2026
229
22:58 / 30 İyul 2026
110
22:35 / 30 İyul 2026
95
22:27 / 30 İyul 2026
97
22:18 / 30 İyul 2026
197
21:05 / 30 İyul 2026
100
20:51 / 30 İyul 2026
109
20:21 / 30 İyul 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.