Arayik Arutyunyan bunu Bakıda etiraf etdi
09 Noyabr 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1556
30.07.2026, 19:18
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun Azərbaycan Respublikasına ekstradisiyası barədə qərar qəbul edilib.
Bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycan Respublikasına təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar əsasında Əlağa İsmayılovun Azərbaycan Respublikasının cinayət qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə beynəlxalq axtarış elan edilib.
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin olunub.
Hazırda şəxsin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş hüquq-mühafizə orqanları, o cümlədən İnterpol ilə əməkdaşlığını bundan sonra da ardıcıl şəkildə davam etdirəcək
12:57 / 09 Noyabr 2026
4
12:55 / 09 Noyabr 2026
17
12:40 / 09 Noyabr 2026
117
12:27 / 09 Noyabr 2026
78
12:15 / 09 Noyabr 2026
179
12:03 / 09 Noyabr 2026
652
11:56 / 09 Noyabr 2026
103
11:56 / 09 Noyabr 2026
139
11:43 / 09 Noyabr 2026
102
11:37 / 09 Noyabr 2026
220
11:34 / 09 Noyabr 2026
101
11:30 / 09 Noyabr 2026
88
11:22 / 09 Noyabr 2026
103
11:09 / 09 Noyabr 2026
240
11:05 / 09 Noyabr 2026
147
10:55 / 09 Noyabr 2026
209
10:51 / 09 Noyabr 2026
406
10:44 / 09 Noyabr 2026
184
10:38 / 09 Noyabr 2026
242
10:30 / 09 Noyabr 2026
141
10:27 / 09 Noyabr 2026
126
10:10 / 09 Noyabr 2026
204
10:09 / 09 Noyabr 2026
235
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.