Yüksək vəzifə verilən gənc xanım KİMDİR?
09 İyul 2026, 12:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
147
09.07.2026, 10:29
Şəhid Analarına Dəstək" İctimai Birliyinin "Aprel şəhidlərinin ailə üzvləri ilə iş" adlı layihəsi çərçivəsində şəhid anaları ilə görüşü keçirilib
Oxu24.com xəbər verir ki, İyulun 8-də növbəti sonuncu tədbir Bakı şəhər Nizami Bələdiyyəsində keçirilib. "Şəhid Analarına Dəstək" İB-nin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin ailə üzləri ilə bərabər Azərbaycanın ərazi bütövlüyü uğrunda bütün dövrlərdə canlarından keçmiş şəhidlərin də ailə üzvləri iştirak edib. Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla anılıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizəyə həsr olunmuş videoçarx nümayiş olunub.
Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev qonaqları salamlayaraq belə tədbirlərin keçirilməsini yüksək dəyərləndirərək şəhid ailələrini daim diqqətdə saxlamağın hər kəsin mənəvi borcu olduğunu bildirib . Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək dəyərli layihənin əsas məqsədinin “Aprel şəhidləri”nin ailə üzvləri ilə görüşlər təşkil etmək, həm aprel döyüşlərinin 10 illiyi münasibətilə həm şəhidlərimizin tanınmasına, xatırlanmasına, həm də şəhid ailə üzvlərinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə vermək, şəhid ailələrini bir araya gətirməklə onların qarşılıqlı tanışlığı və ünsiyyətini təşkil etmək, mənəvi dəstəyi gücləndirmək və sosial həmrəyliyi artırmaq olduğunu vurğulayıb.
Ceyran xanım Dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinə diqqət göstərmək istiqamətində İB-n yardımçı olacağını, cəmiyyətimizə Aprel şəhidlərimizin qəhrəmanlıq yolunun yeniyetmələrə örnək olacağını, ailələrinin , yaxınlarının cəmiyyətə inteqrasıyası üçün təsəlli, stimul olaccağını qeyd edib.Aprel döyüşlərində şəhid olmuş Nurlan Əsgərlinin və Vətən müharibəsində şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova, şəhid Əlizamin Mustafalının anası Ülviyə Nəbiyeva, şəhid Rəvan Əliyevin anası Quba rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mehriban Əliyeva, şəhid Tacəddin İsmayılzadənin anası Aygün İsmayılova, Nizami Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin fəal üzvü Gülnar Rəhimqızı çıxış edərək belə tədbirlərin, xüsusən şəhid ailələrinin görüşlərinin keçirilməsinin onlar üçün nə qədər önəmli olduğunu, dövlət dəstəyinin hər zaman üzərlərində hiss etdiklərini qeyd edib və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, "Şəhid Analarına Dəstək" İctimai Birliyinə, tədbirin keçirilməsi üçün gözəl şərait yaradan Bakı şəhər Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyevə və bələdiyyənin bütün əməkdaşlarına xüsusi təşəkkürlərini bildiriblər.
Şəhid ailələrinin görüşü çay süfrəsində davam etdirilib, şəhid ailə üzvlərinə hədiyyələr təqdim edilib.
Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkilib.
12:19 / 09 İyul 2026
1
12:07 / 09 İyul 2026
98
12:02 / 09 İyul 2026
30
12:01 / 09 İyul 2026
36
11:48 / 09 İyul 2026
55
11:40 / 09 İyul 2026
51
11:38 / 09 İyul 2026
279
11:24 / 09 İyul 2026
59
11:14 / 09 İyul 2026
66
11:00 / 09 İyul 2026
65
10:53 / 09 İyul 2026
1309
10:51 / 09 İyul 2026
106
10:36 / 09 İyul 2026
145
10:19 / 09 İyul 2026
74
10:17 / 09 İyul 2026
66
10:05 / 09 İyul 2026
74
10:00 / 09 İyul 2026
79
23:59 / 08 İyul 2026
155
23:51 / 08 İyul 2026
261
23:39 / 08 İyul 2026
259
23:25 / 08 İyul 2026
157
22:35 / 08 İyul 2026
147
22:20 / 08 İyul 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.