Qaynar xətt:

(+99450) 247 90 86

Əksər bölgələrdə yağış və şimşək müşahidə olunur

Əksər bölgələrdə yağış və şimşək müşahidə olunur

CƏMİYYƏT

87

07.07.2026, 09:59

İyulun 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Oxu24.com  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 7-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.

Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.