7 %-ə qədər qaldırılır - 2027-ci ilin büdcə zərfinə daxil edildi
10 Noyabr 2026, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
644
02.07.2026, 10:56
Şairə-aparıcı Nazilə Səfərli toy adətləri, gənclərin dəyişən dünyagörüşü və "Vağzalı" musiqisinin toy mərasimlərindəki yeri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, sənətçi "Həyatın dadı" verilişində xaricdə təhsil alan gənclərin həyata baxışlarının fərqləndiyini bildirib.
"Uşaqlarımızı Avropaya oxumağa göndərəndə bunun fəsadlarını da bilməliyik. Avropada təhsil almış, Londonda magistr oxuyan qız gəlib səndən kəlağayılı paltar istəmir. Sən ona israr edəndə isə o, səni də istəmir. Çünki toy onun da arzusudur axı. Sən onun arzularının qarşısına keçə bilməzsən. Ona demokratik olmağı çox rahat öyrədiblər. O, fikirlərini açıq şəkildə ifadə edir və səni incitməkdən narahat olmur. Sənə yerini göstərir ki, bu mənim toyumdur və mənim arzularım reallaşmalıdır. Mən də ona heç nə deyə bilmirəm. Çünki müştəri mənə pul verirsə, mən ona xidmət edirəm. Ona görə də heç nə deyə bilmirəm", - deyə aparıcı bildirib.
Nazilə Səfərli həmçinin son illər toy mərasimlərində milli musiqilərdən istifadənin azalmasına və xüsusilə də "Vağzalı" musiqisinin əvvəlki mənasının dəyişməsinə də münasibət bildirib. Sənətçinin sözlərinə görə, bu musiqinin tarixi keçmişi və daşıdığı məna bu gün bir çoxlarının düşündüyündən fərqlidir:
"Əvvəllər bu havanın adı "Gəlini yola salma", "Gəlin atlanma" olub. Gəlin ata evindən köçəndə onun öz mahnısı, öz marşı olub. Sonra bu havanın adı "Ağır Qarabağlı" olub. Daha sonra Zəngəzurdan, Qarabağdan qatarlar getdi, gəlinlər də həmin qatarlarla yola salındı. Gəlinlər oradan gedəndə bu havanın adı "Vağzalı" oldu – onları vağzaldan, dəmir yolundan yola salırdılar.
Yəni bu musiqi vida musiqisidir, sağollaşmadır. Ata evinin qapısından çıxanda bir dəfə "Vağzalı" çalınıb bitməlidir. İndi isə "Vağzalı"nı gətirib restorana çıxarmışıq. "Vağzalı" qızın ata evindən köçdüyü son vida parçasının, son musiqisinin adıdır. Sağollaşma bitdi, o mərhələ qurtardı. Bir milyon hava var, onları çalın da. Mütləq "Vağzalı" olmalıdır?"
09:50 / 10 Noyabr 2026
46
09:46 / 10 Noyabr 2026
48
09:35 / 10 Noyabr 2026
80
09:26 / 10 Noyabr 2026
122
09:19 / 10 Noyabr 2026
96
08:56 / 10 Noyabr 2026
166
08:46 / 10 Noyabr 2026
156
08:42 / 10 Noyabr 2026
1139
05:37 / 10 Noyabr 2026
149
05:27 / 10 Noyabr 2026
238
04:34 / 10 Noyabr 2026
150
04:12 / 10 Noyabr 2026
213
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
165
01:30 / 10 Noyabr 2026
421
01:19 / 10 Noyabr 2026
580
01:00 / 10 Noyabr 2026
254
00:25 / 10 Noyabr 2026
1276
00:20 / 10 Noyabr 2026
171
00:14 / 10 Noyabr 2026
566
00:08 / 10 Noyabr 2026
170
23:52 / 09 Noyabr 2026
314
23:52 / 09 Noyabr 2026
2770
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.