7 %-ə qədər qaldırılır - 2027-ci ilin büdcə zərfinə daxil edildi
10 Noyabr 2026, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
608
01.07.2026, 19:16
Oğuz rayonunun bir sıra yaşayış məntəqələri dağ çaylarının mənbəyində yerləşdiyindən ilin müxtəlif fəsillərində sel daşqınlarına məruz qalır. Belə yaşayış məntəqələrindən biri də rayonun Mollalı kəndidir.
Oxu24.com xəbər verir ki, aranda yerləşən bu kəndin sağ və solu ilə yanaşı, həm də daxilindən çay keçir.
Bu bir tərəfdən sakinlərin su ehtiyaclarını qarşılasa da, güclü leysan yağışlarından sonra bir sıra fəsadlara səbəb olur. Xüsusən kəndin Türyançay vadisi boyunca yerləşən 3 km-lik hissəsi hər an təhlükə mənbəyidir və son günlər bu problem daha qabarıq şəkildə özünün biruzə verir.
Kənd sakini Səyavuş Bayramov deyir ki, kənd çayın axını boyu yerləşir və 3 km məsafədə uzanır. Bu isə güclü leysan yağışlarından sonra hər an təhlükə deməkdir.
“İki gün əvvəl kənd istiqamətində 4-5 metr hündürlükdə mühafizə bəndləri qurulmuşdu. Çaya gələn güclü sel həmin bəndləri demək olar yuyub aparıb”, - deyən Səyavuş Bayramov sözlərinə onu da əlavə edib ki, bu ilin may ayından başlayaraq bir neçə dəfə belə bəndlər yığılsa da bir nəticəsi olmayıb.
Digər kənd sakini Vüqar Cavadov da söhbətə qoşulur və çayın hər iki sahili boyunca iki mərhələli daş-çınqıl qatından ibarət bəndlərin yığıldığını qeyd edir. Sakinlər bildirir ki, bir həftə əvvəl 10 metrə yaxın eni və 4-5 metr hündürlükdə yığılan mühafizə bəndləri indi demək olar yoxdur. Bu isə real təhlükədən xəbər verir.
Mollalı kənd sakinlərinin sel daşqınları ilə bağlı qayğılarını Oğuz su melorasiya sistemləri istismar idarəsi rəhbərliyinin diqqətinə çatdırdıq. Bildirildi ki, kəndə daha çox təhlükə Türyançay istiqamətindən gəlir. Qeyd olunub ki, son günlər Türyançaya aylıq normadan bir neçə dəfə çox su gəlib. Bu da ilk növbədə bəndlərin yuyulması ilə nəticələnir.
Mütəxəssislərin sözlərinə görə, vaxtı ilə çaylara iri qaya parçaları və daşlar gəlirdisə, indi xırda qum və gillə əvəzlənib. Bu isə yığılan mühafizə bəndlərin uzunmüddətli qalmasını təmin etmir.
İdarədən o da bildirildi ki, Mollalı kəndinin mühafizəsi məqsədi ilə 1 km uzunluğunda beton bəndlərin tikintisi barədə məsələ yuxarı təşkilatlar qarşısında qaldırılıb. Texniki layihələr hazırlandıqdan və maliyyə vəsaiti ayrılandan sonra işlərə başlanılacaq.


09:50 / 10 Noyabr 2026
46
09:46 / 10 Noyabr 2026
48
09:35 / 10 Noyabr 2026
80
09:26 / 10 Noyabr 2026
122
09:19 / 10 Noyabr 2026
96
08:56 / 10 Noyabr 2026
166
08:46 / 10 Noyabr 2026
156
08:42 / 10 Noyabr 2026
1139
05:37 / 10 Noyabr 2026
149
05:27 / 10 Noyabr 2026
238
04:34 / 10 Noyabr 2026
150
04:12 / 10 Noyabr 2026
213
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
165
01:30 / 10 Noyabr 2026
421
01:19 / 10 Noyabr 2026
580
01:00 / 10 Noyabr 2026
254
00:25 / 10 Noyabr 2026
1276
00:20 / 10 Noyabr 2026
171
00:14 / 10 Noyabr 2026
566
00:08 / 10 Noyabr 2026
170
23:52 / 09 Noyabr 2026
314
23:52 / 09 Noyabr 2026
2770
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.