1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
512
01.07.2026, 18:09
Azərbaycanda qalxanabənzər vəzi xəstəliklərinin artması ilə bağlı narahatedici açıqlama verilib. Belə ki, Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli bildirib ki, son illərdə ölkəmizdə bu tip xəstəliklərdə ciddi artım müşahidə olunur. Onun sözlərinə görə, əsas problemlərdən biri içməli sulardakı yod miqdarının nəzarətsiz qalmasıdır.
“İstifadə etdiyimiz suların anbarlarda nə qədər yodlaşdırıldığı bilinmir”, - deyə o bildirib.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı danışan endokrinoloq Fərhad Burzu qeyd edib ki, son illər dünyada bir çox onkoloji xəstəliklər yayılmaqdadır. Onun sözlərinə görə, Azərbaycan endemik baxımdan riskli bölgələrdən sayılır və bu xəstəliklər birbaşa yod metabolizmi ilə əlaqəlidir:
“Qalxanvari vəz xəstəlikləri artdıqca, eyni zamanda autoimmun və tiroid xəstəlikləri çoxaldıqca, bədxassəli proseslərin diaqnostikası da asanlaşıb. Xüsusən ölkəmizdə son illərdə düyünlərdən biopsiyaların götürülməsi hallarının artması, patohistoloji müayinələrin daha dəqiq aparılması qalxanvari vəz xərçənginin diaqnostikası ilə bağlı göstəricilərin artmasına səbəb olur. Bu da statistik rəqəmlərin yüksəlməsi ilə nəticələnir”.
F.Burzu əlavə edib ki, ətraf mühit faktorları da çox önəmlidir:
“ Son illərdə müxtəlif endokrin pozucular, plastik məhsullarda olan BPA kimi maddələr bilavasitə endokrin sistemi zədələyir. Bu isə təkcə qalxanvari vəzə deyil, digər endokrin sistemlərə və metabolik proseslərə təsir edərək xəstəlik riskini artırır".
Həkimin sözlərinə görə, qalxanvari vəz xəstəlikləri digər xəstəliklər kimi genetik meyilliliklə də bağlıdır:
“Genetik rastgəlmə tezliyi qalxanvari vəz xərçəngində də müşahidə olunur. Müasir dövrdə insanların istifadə etdiyi kimyəvi maddələr, boyalar və digər faktorlar ekologiyanın pozulmasına, bu isə qalxanvari vəz xərçənginin artmasına təsir göstərir”.
Endokrinoloq əlavı edib ki, qalxanvari vəz xəstəliklərinin qarşısını almaq üçün əsas məsələ həyat tərzi dəyişiklikləridir:
“İnsanlar mümkün qədər tüstüdən, kimyəvi maddələrdən və siqaretdən uzaq olmalıdırlar. Eyni zamanda gündəlik qidalanmada qeyri-orqanik məhsulların istifadəsini minimuma endirmək, daha çox orqanik qidalara üstünlük vermək vacibdir.
Sağlam və stabil həyat tərzi keçirən, kimyəvi maddələrdən və endokrin pozuculardan uzaq olan insanlarda qalxanvari vəz xəstəliklərinə daha az rast gəlinir. Xüsusilə endemik bölgələrdə yaşayan insanların qalxanvari vəz funksiyalarını mütəmadi olaraq yoxlatdırmaları və nəzarətdə saxlamaları vacibdir”.\\bakupost.az
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.