7 %-ə qədər qaldırılır - 2027-ci ilin büdcə zərfinə daxil edildi
10 Noyabr 2026, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
569
01.07.2026, 17:27
“QHT işi” üzrə ittiham olunanlardan biri, sosial işçi Zamin Zəkinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Zamin Zəkiyə təyin olunan cəzanın müddəti 3 ay azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Zamin Zəkiyə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Z. Zəki 50 min manatdan artıq qanunsuz pul vəsaitini leqallaşdırmada ittiham olunur.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
09:50 / 10 Noyabr 2026
46
09:46 / 10 Noyabr 2026
48
09:35 / 10 Noyabr 2026
80
09:26 / 10 Noyabr 2026
122
09:19 / 10 Noyabr 2026
96
08:56 / 10 Noyabr 2026
166
08:46 / 10 Noyabr 2026
156
08:42 / 10 Noyabr 2026
1139
05:37 / 10 Noyabr 2026
149
05:27 / 10 Noyabr 2026
238
04:34 / 10 Noyabr 2026
150
04:12 / 10 Noyabr 2026
213
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
165
01:30 / 10 Noyabr 2026
421
01:19 / 10 Noyabr 2026
580
01:00 / 10 Noyabr 2026
254
00:25 / 10 Noyabr 2026
1276
00:20 / 10 Noyabr 2026
171
00:14 / 10 Noyabr 2026
566
00:08 / 10 Noyabr 2026
170
23:52 / 09 Noyabr 2026
314
23:52 / 09 Noyabr 2026
2770
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.