8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
565
01.07.2026, 16:39
İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın ən qədim sənaye müəssisələrindən və milli ipəkçilik irsinin əsas simvollarından biri olan "Azəripək" ASC-də olub.
Oxu24.com xəbər verir ki, Leyla Əliyevaya müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mədəni irsin qorunması, ənənəvi sənətkarlığın inkişafı, qeyri-neft sənayesinin gücləndirilməsi və “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə təşviqi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti çərçivəsində "Azəripək" ASC xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən müəssisə bir əsrdən artıq tarixə malik olmaqla, bu gün də ölkədə təbii ipək istehsalını həyata keçirən yeganə ipək kombinatıdır.
"Azəripək" ASC yalnız istehsal müəssisəsi deyil, həm də Azərbaycanın zəngin ipəkçilik ənənələrinin, milli sənətkarlığının və mədəni irsinin qorunaraq gələcək nəsillərə ötürülməsində mühüm missiya yerinə yetirən strateji sənaye kompleksidir. Müəssisə ekoloji cəhətdən təmiz, tam təbii xammala əsaslanan istehsal prinsiplərinə sadiq qalaraq yaşıl iqtisadiyyatın inkişafına töhfə verir və Azərbaycan ipəyini dünya bazarlarında layiqincə təmsil edir.
Qeyd olunub ki, “Azəripək” ASC-nin fəaliyyəti sayəsində Azərbaycanın 40-dan çox rayonunda minlərlə kümçü və fermer baramaçılıqla məşğul olur, müəssisənin özündə isə 400-dən artıq əməkdaş çalışır. Müəssisə regionlarda məşğulluğun artırılmasına, kənd təsərrüfatının inkişafına və ipəkçilik sahəsində dayanıqlı dəyər zəncirinin formalaşdırılmasına mühüm töhfə verir.
Səfər çərçivəsində Leyla Əliyeva müəssisənin barama emalı sexinə, toxuculuq sexinə və Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli kəlağayı sənətinin yaşadıldığı emalatxanaya baş çəkib. O, təbii Azərbaycan ipəyinin istehsalının bütün mərhələləri, qədim sənətkarlıq ənənələrinin müasir texnologiyalarla qorunaraq inkişaf etdirilməsi prosesi ilə yaxından tanış olub.
Leyla Əliyeva müəssisənin əməkdaşları ilə səmimi söhbət edib, onların peşəkarlığını və milli ipəkçilik ənənələrinin qorunması istiqamətində gördükləri işi yüksək qiymətləndirib, kollektivlə xatirə şəkilləri çəkdirib.
Sonda Leyla Əliyevaya kəlağayı hədiyyə olunub.
Bu ziyarət Azərbaycanın milli irsinə, ipəkçilik sənayesinə və yüzillik ənənələrə malik "Azəripək" ASC-nin fəaliyyətinə göstərilən yüksək diqqət və ehtiramın növbəti təzahürü olmaqla yanaşı, ölkəmizdə milli istehsalın, ekoloji cəhətdən təmiz məhsulların və ənənəvi sənətkarlığın inkişafına verilən önəmin bariz nümunəsi kimi qiymətləndirilir.
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.