1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
561
01.07.2026, 15:41
Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanda keçirilən Türk Dünyası Həftəsi çərçivəsində “Birinci Türkoloji Qurultay” kitabının təqdimatını həyata keçirib
Oxu24.com xəbər verir ki, 30 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində Fond tərəfindən nəşr edilmiş, akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifi olduqları zərbaycan, qazax və rus dillərində hazırlanmış “Birinci Türkoloji Qurultay” kitabının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, Türk Dünyası Həftəsi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunur. Eyni zamanda, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi 2025-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının XII Dövlət Başçıları Zirvə Görüşü zamanı türk dövlətlərinin başçıları tərəfindən yekdilliklə dəstəklənib.
Elmi monoqrafiyada 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi missiyası, türk xalqlarının elmi və mədəni inkişafındakı müstəsna rolu, eləcə də etnoqrafiya, orfoqrafiya, terminologiya, əlifba, dil və ədəbiyyat məsələləri geniş təhlil olunub.
Tədbirin rəsmi hissəsini Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova açıb. Öz çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi və mədəni yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, Qurultayın 100 illiyinin qeyd olunması yalnız tarixi bir hadisənin yad edilməsi deyil, həm də ortaq kimlik, dil və mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Rəsmi hissə: Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri, Əməkdar İncəsənət Xadimi Orxan Fikrətoğlu, Bakı Dövlət Universitetinin Türkologiya fakültəsinin müdiri, professor Məhərrəm Məmmədov, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın çıxışları ilə davam edib.
Tədbirin rəsmi hissəsinin sonunda çıxış edən kitabın müəllifləri – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qaribli təqdim olunan monoqrafiyanın tarixi yaddaşın qorunmasına, ortaq mənəvi dəyərlərin möhkəmləndirilməsinə və Türk dünyasında elmi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Onlar həmçinin kitabda əks olunan maraqlı tarixi faktları tədbir iştirakçıları ilə bölüşüblər.
Bədii proqram gənc ifaçı Atilla Qəribin ifasında səslənən “Odlar Yurdu” mahnısı ilə başlayıb. Ardınca IX Televiziya Muğam Müsabiqəsinin finalçısı, “İlin Gənci” mükafatı laureatı Yusif Cəfərbəyli Səxavət Məmmədov (tar), Mihir Quliyev (kamança) və Loğman Məmmədovun (nağara) müşayiəti ilə tədbir iştirakçılarına muğam sənətindən seçmə nümunələr təqdim edib.
Qeyd edək ki, sözügedən nəşr bundan əvvəl, 22 may 2026-cı il tarixində, Türk Mədəniyyəti və İrsi Fondunun fundamental elmi nəşrlərinin təqdimatı çərçivəsində Qazaxıstan Respublikasının Milli Kitabxanasında da təqdim olunub.



00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.