Bakı üçün Xəzərdən içməli su gəlir: Bəs bunun ekoloji BƏDƏLİ nə olacaq?— AÇIQLAMA
10 Noyabr 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
736
24.06.2026, 00:59
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır.
Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?
Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələr var ki, orada yay tətili qısadır:
"Məsələn, Azərbaycanda yay tətilinin qısaldılması biliklərin unudulmasını azalda bilər. Məsələn, ibtidai siniflərdə müəyyən qədər hazırlıqsız olanlar, valideyn diqqətindən kənarda qalanlar, əməyə cəlb olunanlar var ki, bunlar məktəbə gəlsələr, əlbəttə ki, onlar üçün biliklərin unudulmasının qarşısı müəyyən qədər alınar. Yəni məktəbə gələcək, məcburdur ki, təkrarlasın.
Bu, tədris proqramının mənimsənilməsi imkanlarını artıra bilər. Qiymətləndirmədə layihə fəaliyyətlərinə və digər sahələrə vaxt ayırmaq üçün daha geniş imkanlar yarada bilər".
Müsahibimiz məsələnin riskli tərəflərindən də danışdı:
"Yəni tətil sadəcə keyfiyyətin artırılması üçün deyil. Burada şagirdin dincəlməsinə də ehtiyac var.
Ona görə də bu məsələyə bir qədər geniş yanaşsaq, onsuz da bizim şagirdlər əksər hallarda tətil müddətində də hazırlıqlara, repetitor yanına gedirlər. O baxımdan bunun rəsmiləşdirilməsi bəlkə də abituriyentlərə və valideynlərə müəyyən fayda verə bilər. Amma burada iqlim amili də nəzərə alınmalıdır. İqlim amili əsas rol oynayır.
Əlbəttə ki, burada 40 dərəcəyə qədər isti olan bölgələr var ki, orada tədrisin keyfiyyətindən belə söhbət gedə bilməz. Düşünürəm ki, həm müəllimlər, həm də şagirdlər mövcud sistemə artıq adaptasiya olunub, uyğunlaşıblar. Əgər belə bir rəsmi addımın atılması vacib hesab edilsə, o halda bunun hansı müddətdə artırılmasının məqsədəuyğun olduğu düşünülməlidir. Təbii ki, yay aylarında tədris müddətinin artırılması heç bir effekt verməz. Ona görə də yəqin ki, bu, uzun müzakirələr tələb edən və yalnız nəticələri hesablandıqdan sonra addımlar atılması lazım gələn bir məsələdir".
13:24 / 10 Noyabr 2026
1
13:20 / 10 Noyabr 2026
27
13:05 / 10 Noyabr 2026
59
13:00 / 10 Noyabr 2026
66
12:37 / 10 Noyabr 2026
152
12:31 / 10 Noyabr 2026
74
12:21 / 10 Noyabr 2026
315
12:18 / 10 Noyabr 2026
90
12:04 / 10 Noyabr 2026
105
12:00 / 10 Noyabr 2026
264
11:45 / 10 Noyabr 2026
1823
11:42 / 10 Noyabr 2026
95
11:39 / 10 Noyabr 2026
113
11:28 / 10 Noyabr 2026
114
11:16 / 10 Noyabr 2026
202
11:04 / 10 Noyabr 2026
116
10:45 / 10 Noyabr 2026
130
10:39 / 10 Noyabr 2026
894
10:32 / 10 Noyabr 2026
114
10:28 / 10 Noyabr 2026
175
10:21 / 10 Noyabr 2026
214
10:17 / 10 Noyabr 2026
131
10:15 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.