8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
577
23.06.2026, 20:02
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü və təşkilatçılığı ilə "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsinə start verilir.
Bu barədə Oxu24.com-a SOCAR-dan bildirilib.
Məlumata görə, müsabiqənin məqsədi smart urbanizasiya, "ağıllı şəhər" sistemləri, dayanıqlı urban inkişaf və texnologiya əsaslı innovativ ideyaların formalaşdırılmasına və inkişafına şərait yaratmaqdır.
Bu təşəbbüslə SOCAR enerji və sənaye infrastrukturu sahəsindəki rolunu, eləcə də ekoloji məsuliyyət, dayanıqlı inkişaf və texnologiya əsaslı idarəetmə yanaşmalarının artan əhəmiyyətini nəzərə alaraq, bu müsabiqə vasitəsilə şəhər mühitində mövcud çağırışlara uyğun olaraq innovativ həllərin hazırlanmasını təşviq edir.
Enerji, ekologiya, su, infrastruktur və şəhər sistemləri ilə bağlı mövzuları əhatə edən müsabiqə iştirakçılara real urban və sənaye-şəhər çağırışlarına sistemli yanaşmaq, texnologiya əsaslı həll konseptləri hazırlamaq və bu ideyaları mentor dəstəyi ilə inkişaf etdirmək imkanı yaradacaq.
Seçilmiş komandalar 6 həftəlik strukturlaşdırılmış proqramda iştirak edəcəklər. Proqram müddətində iştirakçılar mentorlarla işləyəcək, problemin mahiyyətini təhlil edəcək, həll konseptini formalaşdıracaq, texniki, əməliyyat və təşkilati tətbiq imkanlarını qiymətləndirəcək və final təqdimat üçün layihə istiqamətini hazırlayacaqlar.
Müsabiqə aşağıdakı tematik istiqamətləri əhatə edir:
şəhər və sənaye zonalarında hava və səs keyfiyyətinin monitorinqi;
urban mühitdə paylanmış bərpa olunan enerji həlləri;
çirklənmiş və istifadəsiz qalmış sənaye ərazilərinin "smart" monitorinqi və bərpası;
sənaye və tullantı sularının ağıllı idarə olunması;
"smart" enerji infrastrukturu, rəqəmsal ölçmə və "data" əsaslı idarəetmə sistemləri.
Proqramın sonunda komandalar öz layihə konseptlərini "Demo Day" çərçivəsində təqdim edəcəklər. Təqdimatlar problemin aktuallığı, həllin keyfiyyəti, tətbiq edilə bilmə potensialı, innovasiya və dəyər yaratma imkanı, həmçinin layihənin proqram müddətində inkişaf səviyyəsi əsasında qiymətləndiriləcək.
Kimlər müraciət edə bilər?
Müsabiqədə tələbələr, gənc mütəxəssislər, tədqiqatçılar, startap və innovasiya komandaları, eləcə də şəhərsalma, mühəndislik, ekologiya, enerji, rəqəmsal texnologiyalar, data analitikası, dayanıqlı inkişaf və urban sistemlər sahələrinə marağı olan multidissiplinar komandalar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarına aşağıdakı imkanlar təqdim olunacaq:
real urban və "smart city" çağırışları üzərində işləmək;
mentorlarla strukturlaşdırılmış iş sessiyalarında iştirak etmək;
ideyanı layihə konseptinə çevirmək;
problemin aktuallığını, həllin tətbiq imkanlarını və potensial təsirini əsaslandırmaq;
final təqdimat bacarıqlarını inkişaf etdirmək;
layihəni "Demo Day" zamanı təqdim etmək;
seçilmiş ideyalar üzrə mümkün növbəti inkişaf imkanlarının nəzərdən keçirilməsi.
Müraciət qaydası
Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıdakı link vasitəsilə müraciət formasını doldurmalıdırlar.
Müraciət linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfyZkFCqyjwL-LxZor3e2wrt5ZA2FWzLAFWqrhERhQvS0Vpwg/viewform?usp=header
Son müraciət tarixi: 26.06.2026
Əlavə məlumat üçün: [[email protected] / əlaqə nömrəsi: +994 50 841 54 74]
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.