Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
13 Sentyabr 2026, 08:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
627
23.06.2026, 19:10
Respublika Klinik Xəstəxanasının Bilgəh korpusunda tibb bacılarının kütləvi zəhərlənməsi ilə bağlı iddia yayılıb.
Oxu24.com xəbər verir ki,Ajans.az-ın əldə etdiyi məlumata görə, Respublika Klinik Xəstəxanasının müvəqqəti köçürüldüyü Bilgəh korpusunda aparılan dezinfeksiya işlərindən sonra çox sayda tibb bacısı zəhərlənib. İddiaya görə, korpusda yaranan nəmişlik səbəbindən bit və birə yayılıb. Dezinfiksiya işləri isə bu antisanitar vəziyyətlə əlaqəli aparılıb.
Məlumata əsasən, onların böyük bir qismi reanimasiya şöbəsinə yerləşdirilib. İddiaların nə dərəcədə doğru olması ilə bağlı isə rəsmi məlumat verilmir.
Əgər həqiqətən də dezinfeksiya işləri aparılıbsa, əməkdaşların zəhərlənməməsi üçün niyə əvvəlcədən təhlükəsizlik tədbirləri görülməyib? Dezinfeksiya hansı maddələrlə aparılıb? Proses zamanı hansı təhlükəsizlik qaydaları pozulub?
İddialara görə, dezinfeksiya işlərini tibb bacıları həyata keçirib. Bəs niyə prosess tibb personalı tərəfindən icra edilib?
Mövzu ilə bağlı Ajans.az tərəfindən TƏBİB-ə sorğu ünvanlanıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılır və araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə məlumat veriləcək.
TƏBİB xəbəri nə təsdiqləyib, nə də təkzib edib. Əgər belə bir hadisə baş veribsə, qurumun bundan xəbəri olmayıb? Hazırda konkret olaraq nə araşdırılır – hadisənin özü, yoxsa TƏBİB bu iddialardan ilk dəfədir xəbər tutur?
08:58 / 13 Sentyabr 2026
1
08:35 / 13 Sentyabr 2026
38
08:07 / 13 Sentyabr 2026
92
00:51 / 13 Sentyabr 2026
95
00:35 / 13 Sentyabr 2026
540
00:14 / 13 Sentyabr 2026
1295
00:06 / 13 Sentyabr 2026
507
23:49 / 12 Sentyabr 2026
107
23:38 / 12 Sentyabr 2026
189
23:34 / 12 Sentyabr 2026
152
23:31 / 12 Sentyabr 2026
100
22:35 / 12 Sentyabr 2026
108
22:31 / 12 Sentyabr 2026
90
22:26 / 12 Sentyabr 2026
172
22:25 / 12 Sentyabr 2026
303
22:22 / 12 Sentyabr 2026
119
22:14 / 12 Sentyabr 2026
120
22:13 / 12 Sentyabr 2026
880
22:02 / 12 Sentyabr 2026
1057
21:52 / 12 Sentyabr 2026
208
21:34 / 12 Sentyabr 2026
418
21:25 / 12 Sentyabr 2026
4728
21:20 / 12 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.