Xərçəng riskini azaldan EFFEKTLİ ÜSUL
07 İyul 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
401
23.06.2026, 16:15
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti slovakiyalı həmkarı Maroş Jilinkanın dəvəti ilə 22-23 iyun tarixlərində Bratislava şəhərinə rəsmi səfər edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az verilən xəbərə görə, Slovakiya Baş Prokurorluğunda keçirilmiş görüşdə Maroş Jilinka qeyd edib ki, Azərbaycanın hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi onlar üçün prioritet təşkil edir və mövcud əlaqələrin hazırkı səviyyəsi yüksək inkişaf dinamikası ilə xarakterizə olunur.
Ötən il Bakıya səfərini xatırlayan ev sahibi cinayət təqibinin rəqəmsallaşması, prokurorluq orqanlarının fəaliyyətində müasir texnologiyaların tətbiqi, transmilli xarakterli, o cümlədən korrupsiya cinayətlərinin istintaqı sahəsində ölkəmizin təcrübəsinin onlar üçün xüsusi maraq kəsb etməsini bildirib.
Baş prokuror Kamran Əliyev qeyd edib ki, Azərbaycan və Slovakiya arasında yüksək səviyyəli münasibətlər xüsusilə son illərdə dövlət rəhbərlərinin səyləri nəticəsində daha da möhkəmlənib.
Kamran Əliyev qarşı tərəfə Prezident İlham Əliyevin rəhbərliyi, Birinci Vitse prezident Mehriban Əliyevanın yaxından iştirakı və xüsusi qayğısı ilə aparılan geniş miqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verərək qeyd edib ki, Slovak şirkətlərinin Qarabağda bərpa işlərinə töhfə verməsi, həmçinin ticarət, texnologiya və sənaye kimi sahələrdə əlaqələrin dərinləşməsi fonunda prokurorluq orqanları arasında peşəkar əlaqələrin də gücləndirilməsi aktual əhəmiyyət kəsb edir. Bu konteksdə ötən il hər iki ölkənin Baş Prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını təşkil edir.
Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən transmilli cinayətlər və maliyyə cinayətlərinin istintaqı, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin inkişafını və daha öncə imzalanmış Anlaşma Menorandumunun icrasını təmin etmək məqsədilə müvafiq Proqramın hazırlanması barədə ilkin razılıq əldə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Slovakiya Respublikası Məhkəmə Şurasının sədri Marsela Kosova arasında da ikitərəfli görüş keçirilib.
Sədr Slovak Respublikasının məhkəmə sisteminin strukturu və fəaliyyəti, həmçinin məhkəmə və prokurorluq orqanları arasında qarşılıqlı əlaqələr barədə geniş məlumat verib.
Baş prokuror Kamran Əliyev isə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb.
Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb, eləcə də məhkəmələrin fəaliyyətinin təşkili, insan hüquqlarının qorunmasında müasir və effektiv yanaşmalarla bağlı praktiki suallar ətrafında müzakirə aparıb.
Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyev Azərbaycanın Slovak Respublikasındakı səfirliyində olub.
Nümayəndə heyətinin səfəri başa çatıb.
00:44 / 07 İyul 2026
115
00:18 / 07 İyul 2026
485
00:16 / 07 İyul 2026
115
00:12 / 07 İyul 2026
114
00:10 / 07 İyul 2026
229
00:02 / 07 İyul 2026
109
23:56 / 06 İyul 2026
213
23:56 / 06 İyul 2026
112
23:46 / 06 İyul 2026
510
23:41 / 06 İyul 2026
208
23:32 / 06 İyul 2026
233
23:08 / 06 İyul 2026
985
23:02 / 06 İyul 2026
482
22:53 / 06 İyul 2026
108
22:41 / 06 İyul 2026
222
22:36 / 06 İyul 2026
529
22:32 / 06 İyul 2026
104
22:26 / 06 İyul 2026
95
22:15 / 06 İyul 2026
131
22:05 / 06 İyul 2026
89
22:05 / 06 İyul 2026
98
22:00 / 06 İyul 2026
103
21:53 / 06 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.