Tanınmış aktyor VƏFAT EDİB
10 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
502
22.06.2026, 11:02
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib.
AZAL-dan Oxu24.com-a verilən məlumata görə, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir. Belə ki, “Airspace” kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli “Wi Fi” xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.
“Airbus A320neo” yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.
Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü “Airbus A320neo” modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsini əsas prioritet kimi müəyyən edən AZAL 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ın donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühüm addım olmaqla yanaşı, Bakı şəhərinin regionun aparıcı hava nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.
14:58 / 10 Noyabr 2026
272
14:55 / 10 Noyabr 2026
70
14:48 / 10 Noyabr 2026
84
14:23 / 10 Noyabr 2026
177
14:20 / 10 Noyabr 2026
484
14:09 / 10 Noyabr 2026
140
14:00 / 10 Noyabr 2026
654
13:44 / 10 Noyabr 2026
98
13:38 / 10 Noyabr 2026
327
13:26 / 10 Noyabr 2026
1303
13:24 / 10 Noyabr 2026
120
13:20 / 10 Noyabr 2026
303
13:05 / 10 Noyabr 2026
153
13:00 / 10 Noyabr 2026
123
12:37 / 10 Noyabr 2026
473
12:31 / 10 Noyabr 2026
121
12:21 / 10 Noyabr 2026
528
12:18 / 10 Noyabr 2026
145
12:04 / 10 Noyabr 2026
153
12:00 / 10 Noyabr 2026
329
11:45 / 10 Noyabr 2026
2652
11:42 / 10 Noyabr 2026
115
11:39 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.