Tanınmış aktyor VƏFAT EDİB
10 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
642
21.06.2026, 23:25
Əməkdar artist Mehriban Xanlarovanın əvvəlki işinə qayıtmaq istəməsi ilə bağlı açıqlamasına Dövlət Akademik Milli Dram Teatrından münasibət bildirilib.
Oxu24.com xəbər verir ki, teatrın məlumatına görə, uzun illər bu səhnədə fəaliyyət göstərmiş Mehriban Xanlarovanın teatra olan mənəvi bağlılığı və bu sənət ocağına xüsusi münasibəti anlayışla qarşılanır.
“Mehriban Xanlarova əvvəlcə yenidən işlə təmin olunması ilə bağlı müraciət edib. Məhz onun müraciəti nəzərə alınaraq, peşə fəaliyyətini davam etdirməsi məqsədilə digər dövlət teatrlarında iş imkanları, eləcə də Mədəniyyət Nazirliyinin “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlar üçün ödənişli əsaslarla ustad dərslərinin aparılması təklif edilib. Lakin o, yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirərək təqdim olunan alternativ təklifləri qəbul etməyib. Teatra bərpa olunması ilə bağlı son müraciəti zamanı ona bir daha izah edilib ki, əmək münasibətlərinə xitam onun öz yazılı müraciəti əsasında verilib və hazırda teatrda müvafiq vakant ştat mövcud deyil. Digər dövlət teatrlarında fəaliyyətini davam etdirməsi ilə bağlı təklifi isə o qəbul etməyib. Bununla yanaşı, hazırkı teatr təcrübəsində aktyorların yaradıcılıq fəaliyyətini yalnız daimi ştat vahidləri ilə məhdudlaşdıran hər hansı maneə yoxdur. İstənilən aktyor konkret tamaşa və ya layihəyə üzrə hər hansı teatrla tamaşaya əsasən müqavilə bağlayaraq müxtəlif səhnələrdə çıxış edə bilər. Başqa sözlə, müəyyən rol və pyesə uyğun olaraq aktyorun müxtəlif teatrlarda yaradıcılıq fəaliyyətinə cəlb edilməsi və tamaşalarda iştirakı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı öz sənətkarlarının əməyinə və bu səhnəyə bağlılığına hər zaman hörmətlə yanaşıb və bundan sonra da yanaşacaq. İnanırıq ki, Azərbaycan teatrının gücü məhz sənətkarların yaradıcılıq azadlığında, təcrübəsinin gənc nəsillərə ötürülməsində və müxtəlif səhnələrdə öz sənətini yaşatmaq imkanlarında təcəssüm olunur. Eyni zamanda, gələcəkdə teatrın yaradıcılıq planları, repertuar siyasəti və konkret tamaşa layihələri çərçivəsində, yaranacaq zərurət və bədii ehtiyac nəzərə alınmaqla, Mehriban Xanlarovanın Akademik Milli Dram Teatrının ayrı-ayrı layihələrinə hər hansı formada cəlb olunması məsələsinə də baxıla bilər”, - deyə məlumatda qeyd edilib.
14:58 / 10 Noyabr 2026
272
14:55 / 10 Noyabr 2026
70
14:48 / 10 Noyabr 2026
84
14:23 / 10 Noyabr 2026
177
14:20 / 10 Noyabr 2026
484
14:09 / 10 Noyabr 2026
140
14:00 / 10 Noyabr 2026
654
13:44 / 10 Noyabr 2026
98
13:38 / 10 Noyabr 2026
327
13:26 / 10 Noyabr 2026
1303
13:24 / 10 Noyabr 2026
120
13:20 / 10 Noyabr 2026
303
13:05 / 10 Noyabr 2026
153
13:00 / 10 Noyabr 2026
123
12:37 / 10 Noyabr 2026
473
12:31 / 10 Noyabr 2026
121
12:21 / 10 Noyabr 2026
528
12:18 / 10 Noyabr 2026
145
12:04 / 10 Noyabr 2026
153
12:00 / 10 Noyabr 2026
329
11:45 / 10 Noyabr 2026
2652
11:42 / 10 Noyabr 2026
115
11:39 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.