Tanınmış sənətçimiz qəfil VƏFAT ETDİ
10 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1623
21.06.2026, 22:55
Mənzil alarkən insanların ən çox diqqət etməli olduğu sənəd çıxarışdır. Lakin daşınmaz əmlak bazarında sənədləşmə ilə bağlı problemlər və dələduzluq halları bu prosesi riskli edə bilir. Bəzi mənzillərə illərlə çıxarış verilməməsi, eləcə də saxta çıxarış, etibarnamə və digər mülkiyyət sənədləri ilə bağlı faktlar vətəndaşların narahatlığını artırır.
Minlərlə manatlıq əmlak alqı-satqısı zamanı hansı risklərə diqqət yetirilməlidir?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Rəhim Xoyski bildirir ki, vətəndaşlar notariusdan müəyyən arayışlar əldə etməlidir:
“Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, mülkiyyət hüququnun qeydiyyatı üçün ilk olaraq, Dövlət Reyestrindən Çıxarış yoxlanmalıdır. Bu, əmlakın mülkiyyətçisinin kim olduğunu və əmlakın rəsmi qeydiyyatda olduğunu təsdiq edən əsas sənəddir.
İkinci, yüklülük barədə, yəni əmlakın üzərində həbs, qadağa, ipoteka və ya digər məhdudiyyətlərin olub-olmadığını göstərən arayış (Forma-1) alınmalıdır. Hazırda bu məlumatlar notariuslar tərəfindən elektron sistem vasitəsilə real vaxt rejimində yoxlanılır. Bina hələ çıxarışla təmin olunmayıbsa, MTK üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənildiyi barədə maliyyə arayışı, mənzil nikah dövründə alınıbsa, həyat yoldaşının notarial qaydada təsdiq edilmiş razılığı mütləqdir”.
Hüquqşünasın sözlərinə görə, daşınmaz əmlakla bağlı təkrar satış ən geniş yayılan problemlərdəndir:
“Xüsusilə çıxarışı olmayan MTK binalarında eyni mənzilin bir neçə şəxsə satılması ən çox rast gəlinən saxtakarlıq hallarından biridir. Bundan başqa saxta sənədləri də qeyd etmək olar. Köhnə nümunəli və ya saxta möhürlərlə hazırlanmış "çıxarışlar", etibarnamələr hazırlanır, həmçinin üzərində məhkəmə qərarı və ya vergi borcu səbəbindən qadağa olan əmlakın gizli satılmasına cəhdlər edilir”.
Bəs sənədlərin həqiqiliyini necə yoxlamaq olar? Vətəndaşlar özlərini mümkün dələduzluq hallarından qorumaq üçün hansı addımları atmalıdırlar?
R.Xoyski burada faydalı ola biləcək portalların adını qeyd edib. Onun sözlərinə görə, sənədin həqiqiliyi yoxlamağın rəsmi üsullarından biri, "Elektron Hökumət" portalıdır (e-gov.az). Belə ki, "Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın yoxlanılması" xidməti vasitəsilə çıxarışın nömrəsini daxil edərək sənədin rəsmi olub-olmadığını görmək mümkündür:
“Əmlak Məsələləri Dövlət Xidmətinin portalında (e-emlak.az) əmlakın statusu və reyestr məlumatları ilə də tanış olmaq olar. Notarius vasitəsiylə alqı-satqı zamanı notarius "Azərbaycan Notariatı" informasiya sistemi vasitəsilə birbaşa Əmlakın Reyestri Xidmətinə sorğu göndərir və sənədin həqiqiliyini anında təsdiqləyir”.
Hüquqşünas həmçinin elektron xidmətlərin saxtakarlıq riskini minimuma endirdiyini vurğulayıb.
“Əvvəllər kağız sənədlər üzərində aparılan əməliyyatlar günlərlə çəkirdisə, indi elektron sistem vasitəsiylə əmlakın üzərindəki qadağa saniyələr ərzində görünür. Notarius, ASAN Xidmət və Reyestr İdarəsi vahid şəbəkədə birləşdiyi üçün saxta kağız sənədlə mənzil satmaq artıq praktiki olaraq qeyri-mümkündür. 2019-cu ildən tətbiq edilən elektron çıxarışlar itmə, sıradan çıxma və saxtalaşdırılma riskini tamamilə aradan qaldırıb, çünki sənəd yalnız sistemdə (bazada) mövcud olan elektron qeydlə hüquqi qüvvəyə malikdir”- deyə o, əlavə edib.
14:58 / 10 Noyabr 2026
363
14:55 / 10 Noyabr 2026
87
14:48 / 10 Noyabr 2026
95
14:23 / 10 Noyabr 2026
181
14:20 / 10 Noyabr 2026
507
14:09 / 10 Noyabr 2026
144
14:00 / 10 Noyabr 2026
666
13:44 / 10 Noyabr 2026
100
13:38 / 10 Noyabr 2026
329
13:26 / 10 Noyabr 2026
1329
13:24 / 10 Noyabr 2026
122
13:20 / 10 Noyabr 2026
305
13:05 / 10 Noyabr 2026
156
13:00 / 10 Noyabr 2026
124
12:37 / 10 Noyabr 2026
477
12:31 / 10 Noyabr 2026
122
12:21 / 10 Noyabr 2026
529
12:18 / 10 Noyabr 2026
148
12:04 / 10 Noyabr 2026
153
12:00 / 10 Noyabr 2026
331
11:45 / 10 Noyabr 2026
2668
11:42 / 10 Noyabr 2026
115
11:39 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.