Fikrət Sadıqovun "Diplomat olmaq asandır?" adlı yeni kitabı işıq üzü görüb
10 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
628
21.06.2026, 11:56
“İqtisadiyyat Müsabiqəsi 2026"nın nəticələrinin elan edilməsi və sertifikatların təqdimatı mərasimi dünən Safran Hoteldə keçirilib.
Oxu24.com xəbər verir ki,tədbirdə dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər və ölkənin müxtəlif bölgələrindən olan yuxarı sinif şagirdləri iştirak ediblər.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları iqtisadi savadlılığın erkən yaşlardan formalaşdırılmasının və gənclərin bu sahəyə marağının artırılmasının əhəmiyyətini vurğulayıblar. Deputat Ceyhun Məmmədov bildirib: "Şagirdlərin beynəlxalq müsabiqələrdə iştirakı və xaricdə təhsil proqramları vasitəsilə biliklərini artıraraq ölkəmizi layiqincə təmsil etmələri xüsusi əhəmiyyət daşıyır." Deputat Müşfiq Məmmədli isə qeyd edib: "İqtisadiyyat həyatımızın bütün sahələrində mövcuddur. Bu səbəbdən gənclərin iqtisadi biliklərə yiyələnməsi və bu sahədə inkişafı gələcəyimiz üçün vacibdir." Deputat Müşfiq Cəfərov çıxışında layihəyə göstərilən dəstəyi yüksək qiymətləndirərək bildirib: "Elm və Təhsil Nazirliyinin bu təşəbbüsə göstərdiyi diqqət və dəstək iqtisadi təhsilin inkişafına verilən önəmin bariz göstəricisidir."
Tədbir çərçivəsində müsabiqənin məktəb, regional və milli mərhələləri üzrə nəticələr təqdim olunub. Yazılı və şifahi imtahanların yekunlarına əsasən ölkə üzrə Top 10 finalçı və Top 3 qalib müəyyən edilib.
Mərasim zamanı Yunanıstanda keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək Top 3 qalib və Top 10 finalçının adları rəsmi olaraq elan olunub, qaliblərə sertifikatlar təqdim edilib. Bununla yanaşı, müsabiqədə iştirak edən bütün şagirdlərə göstərdikləri maraq, əzm və iqtisadi biliklərin öyrənilməsinə verdikləri önəmə görə təşəkkür edilib.
"İqtisadiyyat Müsabiqəsi" ölkə üzrə gənclər arasında iqtisadi biliklərin təşviqi, analitik düşüncə və tənqidi təhlil bacarıqlarının inkişafına xidmət edən mühüm təhsil təşəbbüsüdür. Layihənin növbəti illərdə daha çox məktəb və şagirdi əhatə etməklə daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.
15:25 / 10 Noyabr 2026
16
15:22 / 10 Noyabr 2026
27
14:58 / 10 Noyabr 2026
702
14:55 / 10 Noyabr 2026
110
14:48 / 10 Noyabr 2026
127
14:23 / 10 Noyabr 2026
231
14:20 / 10 Noyabr 2026
589
14:09 / 10 Noyabr 2026
165
14:00 / 10 Noyabr 2026
708
13:44 / 10 Noyabr 2026
110
13:38 / 10 Noyabr 2026
343
13:26 / 10 Noyabr 2026
1414
13:24 / 10 Noyabr 2026
130
13:20 / 10 Noyabr 2026
319
13:05 / 10 Noyabr 2026
166
13:00 / 10 Noyabr 2026
130
12:37 / 10 Noyabr 2026
509
12:31 / 10 Noyabr 2026
128
12:21 / 10 Noyabr 2026
550
12:18 / 10 Noyabr 2026
155
12:04 / 10 Noyabr 2026
161
12:00 / 10 Noyabr 2026
337
11:45 / 10 Noyabr 2026
2750
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.